Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünə maşın almaq istəyən sevgilisini qarət etməklə ona mane olub


Gəncə sakini sevgilisinin maşın almaq istəyinə belə mane oldu


Şərifov vəfasız məhəbbətindən də gileylənib.

Gəncədə kişi özünə maşın almaq istəyən sevgilisini qarət etməklə ona mane olub 

Oxu.Az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Baş müstəntiq Samir Rüstəmov təqsirləndirilən şəxsin saxlanıldığını və saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib.bildirdi: “Oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədərək saxlayıb.”

O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: “Maşın almaq istəyirdi, mən qoymurdum. O niyyətlə götürdüm ki, ala bilməsin. Qorxurdum ki, maşınla kimisə vurub öldürər, uşağım yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Belə, uşağımın anası kimi hörmət qoyuram”.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar