Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Özəl klinikalar generatorlarla təchiz olunubmu?


Mingəçevirdəki İES-də baş verən qəza nəticəsində bütün ölkənin elektrik təzhizatı çökmüşdü


Elektrik enerjisinin verilməməsi səbəbindən bir çox problemlər ortaya çıxmışdı. Bunlar arasında önəmli olanlardan biri də xəstəxana və klinikalardır. Hadisə nəticəsində ölüm faktı qeyd alınmasa belə bir çox xəstəxanalarda generatorların olmaması problemi danışılan məsələlərdən biri idi. Maraqlıdır, özəl klinikalar generatorlarla təchiz olunubmu?

Cebhe.info olaraq özəl klinikalar arasında kiçik sorğu keçirdik. 

Zəng etdiyimiz klinikalara bir sual anvanladıq: “Klinikanız generatorlarla təchiz olunubmu?”

Suala verilən cavabları təqdim edirik:

"Bioloji təbabət" klinikası:
“Bəli, bizim klinakımıza generatorlar var”.  

"Lanset" klinikası:
“Fövqəladə Hallardan gəlib bununla maraqlanmışdılar, biz işçiyik bilmirik”.

Nəsirəddin Тusi adına klinika:
“Əlbəttə ki, bizim klinikamızda generatorlar var. Özü də ən müasir texnologiyalara uyğun olan generatorlardandır”.

"НВ" (“Güven”) klinikası:
“Olmalıdır, bəli”.

“Nevromed” klinikası və "Intermed ММС" Tibb Mərkəzi isə zənglərə cavab vermədi, dəstəyi qaldırmadı.

pia.az
Etiket:
loading...