Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəl bağçalarda baş verən qanunsuzluqlara görə kim məsuliyyət daşıyır?


Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında müəllim və tərbiyəçilərin uşaqları döyməsi, onlara fiziki və psixoloji təzyiqlər göstərməsini əks etdirən videogörüntülər yayılıb


Videogörüntülərdən məlum olur ki, “Kids Studio”da müxtəlif vaxtlarda körpələr döyülüb. 

“Report”un əməkdaşı adıçəkilən bağça rəhbərliyinin hadisəyə münasibətini öyrənməyə çalışıb. Amma “Kids Studio”un internet saytında yerləşdirilən telefon nömrələrinə cavab verən olmayıb. 

“Report”un əməkdaşı baş vermiş hadisəyə rəsmi qurumların münasibətini də soruşub.

Təhsil Nazirliyindən bildirilib ki, özəl bağçalar rayon icra hakimiyyətlərinin balansındadır. Qeyd edilib ki, nazirlik uşaq bağçalarının binalarının normativlərə uyğun olub-olmaması məsələsinə baxır: “Təhsil Nazirliyi bağçalara lisenziya verilməsinə nəzarət etmir. Özəl uşaq bağçalarına lisenziyasını ASAN Xidmət və İqtisadiyyat Nazirliyi verir”.

“Kids Studio” bağçası isə Bakının Yasamal rayonu ərazisində yerləşir. İcra Hakimiyyətindən “Report”a bildirilib ki, həmin mərkəzin binası onların ərazisində olsa da, bağçanın idarəolunmasına qarışmağa səlahiyyətləri yoxdur: "Həmin bağça da özəl olduğundan ora nəzarət edə bilmərik. Bu məsələyə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Hər bir halda, yəni özəl və ya dövlət olmağından asılı olmayaraq, bu işə Bakı Şəhər İcra Hakimiyyəti baxır. Yaxşı olardı ki, siz, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayasınız”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə “Report”a qeyd olunub ki, onlar ancaq dövlət bağçalarına nəzarət edirlər: “Özəl bağçalar Təhsil Nazirliyinin nəzarətindədir. Ona görə də İcra Hakimiyyəti özəl bağçalara lisenziya vermir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"a bildirib ki, “Kids Studio” bağçasında uşaqların döyülməsi faktı nəzarətə götürülüb, müvafiq qurumlarla birlikdə araşdırmalara başlanılıb: “Məsələ ilə bağlı yerli komissiyalar və aidiyyəti yerli qurumlar işə cəlb edilməlidir. Rəy bizə təqdim edildikdən sonra qərar qəbul edə biləcəyik. Paytaxtdakı bağçalara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Özəl bağçaların sertifikatını qanunvericiliyə əsasən, Təhsil Nazirliyi verir. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zorakılıq halları olarsa, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri bu məsələni araşdırmalıdırlar. Uşağa qarşı hər hansı zorakılıq faktı olsa, bu işə Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanı qarışmalıdır. Ümumilikdə uşaqlara qarşı zorakılıq varsa, özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, xidmət göstərən şəxs məsuliyyət daşıyır. Bu da hüquq-mühafizə və məhkəmə qərarından sonra məlum ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar