Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladlarına “Oskar Ali”, “Əhməd Zorro” adlarını qoymaq istəyənlər də var

“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına şəxs adlarının dəyişdirilməsi, adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”


Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. 

Sədr müavini qeyd edib ki, sentyabrda “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan şəxs adları ilə bağlı Komissiyaya müraciətlər daxil olub: “Məsələn, valideynlər övladlarına “Oskar Ali”, “Əhməd Zorro”, “Mişel” adlarını qoymaq istəyiblər. Bu qəbildən olan adların uşaqlara qoyulmasına icazə verməmişik. Bu cür hallar valideynlərin Azərbaycan dilinin qaydalarını bilməməklərindən baş verir. Azərbaycan dilinin qaydaları var və biz də buna uyğun olaraq, imtinanın səbəblərini əsaslandırırıq. Lakin bununla belə, bəzi valideynlər mənası dilimizə uyğun olmayan adların övladlarına verilməsi üçün inad edir. Bundan əlavə, “Ruqiyyə” əvəzinə “Ruqəyyə”, “Cahan” əvəzinə “Cihan”, “Asiya” əvəzinə “Asiyə”, “Əliyar” əvəzinə “Alyar”, “Camal” əvəzinə “Cemal”, “Əzim” əvəzinə “Azim” adlarını övladlarına qoymaq istəyən valideynlər də var. Onlar düşünürlər ki, övlad onlarındırsa, adlarını da necə istəsələr elə də qoya bilərlər”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar