Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladınızı intihardan necə qoruya bilərsiniz?


“Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə...”


Bu sözləri psixoloq Fidan Ağayeva yeniyetmələrin arasında artan intihar halları haqda Axar.az-a danışarkən deyib. O, ailələri diqqətli olmağa səsləyib:

“Gəncləşən intiharların bir çox psixoloji səbəbləri var. Ən başlıca səbəblərdən biri informasiya bolluğu, texnologiyaların inkişafı ilə bağlıdır. Daha çox sosial şəbəkələrdə vaxt keçirmək ailə üzvlərinin bir-birindən uzaqlaşmasına gətirib çıxarır. Nəticədə bu hal ailə üzvləri arasında ünsiyyətsizlik yaradır. Ailə üzvləri, başlıca da gənclər sevgi ehtiyaclarını kənarda axtarmağa başlayır və kənar sevgilərə meyil yaranır. Hislərinə qarşılıq görməyən bir qrup yeniyetmə və gənclər intihara əl atır.

Digər bir intihar səbəbi də ailələrin övladlarını uşaq vaxtından bütün təhlükələrdən, həyatın real, amma çətin məqamlarından uzaq tutmalarından irəli gəlir. Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə. İstəmədikləri ilə ailə həyatı qurmağa məcbur edilən gənclər də nakam yaşadıqları sevgilərin, yaxud da ailəsi ilə yaşaya bilmədiyi sevgisiz günlərdən qaçmaq yolunu intiharda görürlər. Bu kimi intiharların qarşısını almaq üçün övladları körpə yaşından həyata adaptasiyaya hazırlamalı, ailə mühitini sevgi üzərində qurmaq lazımdır. Digər mərhələdə ixtisas və peşə seçiminə dəstək olmalıdırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar