Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladını mediadan gizlədən yerli məşhurlar - Siyahı


Sənət aləminin bəzi simaları övladları ilə tez-tez yeni fotolarını paylaşır


 Bəziləri isə uşağı ilə verilişlərdə belə qonaq olmadan çəkinmir. Amma bir qisim tanınmış illərdir övladını mediadan gizli saxlayır.

PİA.AZ Axşam.az-a istinadən uşağını gizli saxlayan tanınmışları təqdim edir:

Müğənni Xatun Əliyevanın universitetdə təhsil alan bir oğlan övladı var. Xatun bu günə kimi oğlunu mediadan gizlədib. O, övladı ilə nə şəkil çəkdirib paylaşır, nə də onun adını hallandırır.

Əməkdar artist Abbas Bağırovun ilk evliliyindən bir qız övladı var. Müğənni övladı ilə bağlı sualları heç vaxt cavablandırmır.

Aparıcı Xoşqədəm Hidayətqızı son vaxtlar müğənni həyat yoldaşı Doğuşdan dünyaya gələn əkizləriylə gündəmdən düşmür. Amma X.Hidayətqızının ilk evliliyindən bir oğlan övladı da var. Zaur xaricdə təhsil alır. Aparıcı heç vaxt oğlunu və yeni doğulan əkizlərinin üzünü mediaya göstərməyib.

Meyxanaçı Namiq Qaraçuxurlunun yaxın günlərdə 1 yaşı olacaq qızı var. Amma sənətçinin ilk evliliyindən də iki oğlan övladı dünyaya gəlib. N.Qaraçuxurlu övladları haqda danışmağı, onlarla fotolar yaymağı sevmir.

Xalq artisti Faiq Ağayevin də oğlan övladı var. Müğənni övladı ilə əlaqəsi olduğunu desə də, onu mediadan gizli saxlayır.

Əməkdar artist Coşqun Rəhimov da övladlarını gizli saxlayır. “Bu şəhərdə”nin aktyoru hətta qızına toy edərkən mediaya çəkilişə icazə verməmişdi.

Aparıcı Zaur Baxşəliyev də qızı Dilavəri gizlədir. Aparıcı övladı ilə fotolar, videolar paylaşsa da, onun üzünü göstərmir. 

“Eurovision” təmsilçilərimizdən olan Aysel Teymurzadə üç uşaq anasıdır. Pianoçu Murad Adıgözəlzadə ilə ailəli olan keçmiş müğənni uşaqlarını mediadan gizli saxlayanlardandır.
 
Aparıcı Emin Müsəvi də bir qız atasıdır. O, övladı ilə bircə dəfə şəkil paylaşıb. Onda da qızının üzünü gizlədib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar