Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övlad valideynin də günahını daşıyırmı?


"İbadət etmək insanın yaradılış qayəsidir"


Bu barədə ilahiyyatçı Hacı Şahin Həsənli "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, bununla bağlı "Qurani -Kərim"də ayələr var: " Allah bizi ona ibadət etmək üçün yaradıb. İnsan əbədi varlıqdır və əbədiyyət üçün yaranıb. Həyatımız ölümlə bitmir. İnsan əbədiyyəti qazanmaq üçün müvəqqəti olaraq bu dünyada yaşayır. Yaşadıqca əbədiyyətdəki mənzilini müəyyən edir".
 
Tamaşaçı suallarını cavablandıran Ş.Həsənli qeyd edib ki, insanın bu dünyada mənəvi cəhətdən zənginləşməyə ehtiyacı var: " Çünki ölümdən sonra insan sonu olmayan bir aləmə qədəm qoyacaq və orada əbədi yaşayacaq. O aləmə köçmək üçün hazırlaşmaq lazımdır. Əslində dünyaya gəlişimizin fəlsəfəsi də bundan ibarətdir. Bu dünyada əbədiyyətə hazırlaşmalıyıq. Allahla görüşə hazırlıq üçün bu dünyada ona bəndə olmalı, Yaradana itaət etməliyik. Allaha itaət heç də bəzilərinin başa düşdüyü kimi insanın alçaldılması deyil. Allaha qulluq etmək ali məqamdır. Rəbbimizdən başqasına qul olmaq alçaldıcı hesab edilə bilər".
 
İlahiyyatçı əlavə edib ki, insan azad yaradılıb: " Hədislərdə buyrulur ki, heç kimə qul olma, Allah səni azad yaradıb. Bu azadlığı əldə etmək üçün insan  özündən daha ali varlığa tapınmalıdır. Bu insanın daxilində olan bir ehtiyacdır. İnsan Allaha tapınmasa kiməsə, nəyəsə tapınacaq. Fitrətin tələbinə görə, insan nəyəsə itaət etməlidir. Bəzən ünvanı səhv salıb, başqa istiqamətə yönəlirik. "Qurani-Kərim"in də bildirdiyi kimi Allah möhtacsızdır. Onun bizim ibadətimizə ehtiyacı yoxdur.  İnsanın Yaradana itaət və ibadət etməyə ehtiyacı var. Allahın hökmlərinə tabe olmaq ibadətdir. Ümumən isə ibadət geniş anlayışdır".
 
Ş.Həsənli bildirdi ki, insan bütün vücudu ilə Allaha borcludur: "Rəbbimiz bizi yaradıb və nemətlər verib. Bu nemətlərin təşəkkürünü etməliyik. Aldığımız hər nəfəsə görə şükür deməliyik. Bizim xeyrimiz bundadır. Düzdür, biz şükür etməklə Allaha olan borcumuzu qaytara bilmərik. Amma bir insanın mənəvi baxımdan təkmilləşməsinin yolu budur".
 
İlahiyyatçı namaz və orucdan başqa da bir çox əməllərin ibadət olduğunu söylədi: " İnsan əgər hər hansı bir lazımlı, faydalı işi Allah rizası üçün yerinə yetirirsə, ibadət hesab olunur. Biz müxtəlif əməllərlə Allaha qulluq edə bilərik. Bəzi hökmlər Rəbbimizin əmridir. Məsələn, namaz vacib ibadətdir. Lakin ibadət sayılan digər əməllər də var. Belə buyrulub ki, ibadət 10-dursa, 9-u halal yolla ruzi qazanmaqdır. İnsan evindən çıxıb halal ruzi dalınca gedirsə, ibadət halında olur. Valideynin, alimin  üzünə baxmaq, qohumları ziyarət etmək,  elm oxumaq, xeyirxah iş görmək, övlad tərbiyə etmək də ibadət sayılır".

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar