Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ovik Abramyanın mistik açıqlamaları


Rusiyanın Bakıya silah satması İrəvanı çox qorxudur.


 Bu barədə Ermənistan baş naziri Ovik Abramyan vəzifəyə gəlməsinin ilk yüz gününə həsr edilmiş brifinqdə bildirib. O, hətta Rusiyanın ünvanına bir neçə xoşagəlməz söz də işlədib, ancaq, görünür, sonradan anlayıb ki, Kremldəki yoldaşlar buna görə onun başını sığallamayacaqlar. Bundan sonra yüngülcə düzəliş edib: "Biz sanırıq ki, bizim strateji tərəfdaşımızın düşmənimizə silah satması, kobud dillə deyilsə, yolverilməzdir. Amma bizim ortaq ticarətimiz, maraqlarımız da var ki, bunu məhdudlaşdıra bilmərik". 

Ermənistan prezidenti Serj Sarkisyanın Latın Amerika turnesi zamanı məhz bu silahlara görə Moskvanı sərt tənqid etməsi barədə jurnalistlərin suallarına cavab verən hökumət başçısı qısa kəsib: "Tənqid nisbidir". 

Bununla yanaşı, erməni ordusunun patrona heyfi gəlmədən Azərbaycan Ordusuna baxanda bir neçə dəfə artıq atəş açması ilə qürrələnməkdən çəkinməyib. Niyə də heyfləri gəlsin? Onlar da silah kimi Rusiyadan bura, demək olar ki, pulsuz gətirilir.

Hökumət başçısı qısaca da olsa ən ağrılı mövzularına - iqtisadi mövzuya toxunub. Abramyanın sözlərinə görə, xalq bilməlidir ki, hökumətin bütün iqtisadi problemləri həll etməyə qadir olan sehrli çubuğu yoxdur. 

Yəni Ermənistan camaatı bu şoqərib sehrli çubuğun fikirləşilib düzəldilməsinə qədər gərək təmkinlə gözləsin.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar