Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ovik Abramyan kimlər üçün qurban edildi?

Sərkisyan növbəti oyuncağını dəyişdi - Ovik Abramyan kimlər üçün qurban edildi...


Erməni hüquq müdafiəçisi Artur Sakunts: “Fahişələri dəyişməklə fahişəxana dəyişməz, onun gəlirləri olduğu kimi qalacaq” 

Musavat.com-un təxminən bir ay öncə verdiyi ehtimal özünü doğrultdu.

Ermənistan baş naziri Ovik Abramyan sentyabr ayının 8-də istefasını açıqladı.

Abramyan özünün vida nitqində erməni cəmiyyətinin hələ də qütbləşmə vəziyyətində qaldığını söyləyib. Ovik Abramyan bu səbəbdən hökumətin öz fəaliyyətinə davam edə bilməyəcəyini vurğulayaraq prezidentə yeni hökuməti formalaşdırmağa imkan verilməsi üçün istefaya getdiyini bəyan edib.

Xatırladaq ki, Ovik Abramyan 2014-cü ilin aprelin 13-dən hökumətə rəhbərlik edir. 

O bu vəzifədə hazırda Avrasiya İqtisadi komissiyasının sədri vəzifəsini həyata keçirən Tiqran Sərkisyanı əvəz edib.


Abramyanın vida çıxışında maraqlı məqamlar da var.

Eks-baş nazir rəhbərlik etdiyi hökumətin korrupsiya ilə mübarizə sahəsində önəmli addımlar atdığını qeyd edib.

Onun sözlərinə görə hökumət məmurların əsassız surətdə varlanmasına qarşı bir sıra əlavə tədbirlər hazırlayıbmış.
 
Abramyan bu planların içərisində Anti-korrupsiya Şurasının yaradıldığını xüsusilə qeyd edib.

Onu qeyd edək ki,  Abramyan hökumətə rəhbərlik etdiyi dövrdə yaradılan anti-korrupsiya şurasına da şəxsən özü rəhbərlik edirdi.

Abramyanın hökumətə rəhbərlik etdiyi dövrdə yadda qalan digər demarşı avqust ayında hökumət iclasında Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindən çıxan qərarlara görə ödədiyi cərimələrin araşdırılması barədə tapşırığı olmuşdu. Həmin vaxt Abramyan Ermənistanı cərimələtdirən qərarların hansı hakim və məmurların günahları ucbatından çıxarılmasını müəyyən etməyi tapşırmışdı.

Ermənistan mətbuatı isə Abramyanın bu kimi tədbirləri Ermənistanda tüğyan edən iqtisadi monopoliya  və məmur özbaşınalığının qarşısını alınması üçün deyil, korrupsiya tortundan daha çox pay əldə etmək üçün həyata keçirdiyini vurğulayırdı.

Image result for Artur Sakunts

Artur Sakunts

Hər halda görünür, Abramyanın “çaşması” Ermənistanda nüfuzlu dairələrin hərəkətə keçməsinə səbəb olub.

Qeyd edək ki, məlum iclasdan sonra Ermənistan Milli Statistika komitəsi ölkə iqtisadiyyatının geriyə getməsi barədə hesabat xarakterli məruzəsini dərc etdi. Bundan sonra artıq heç kimdə bunun baş nazirə göstərilən qapı olduğuna dair şübhə yeri qalmadı.

Ümumiyyətlə Abramyan təyin olunduğu gündən bəxti üzünə gülməyib.

Onun hökuməti üçün ilk ciddi sınaq İrəvanda 2015-ci ilin yayında elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı hökumətin açıqladığı plan zamanı yarandı. Həmin vaxt elektrik enerjisinin qiymətlərini artırılmasına etiraz edən İrəvan əhalisinin tələbləri qarşısında hökumət geri çəkilməyə məcbur olmuşdu.

2016-cı ilin aprel ayında gedən döyüşlər zamanı Azərbaycan ordusunun cəmi 2 gündə qazandığı uğurlar Abramyan hökumətinin nüfuzuna daha böyük zərbə endirdi.

Bunun arxasınca isə iyul ayında baş verən “Sasna tsrer” qiyamı Abramyanın yerlərdə sürünən nüfuzunu dibə vurdu.

Əlbəttə ki, Ermənistanda mövcud bərbad durumun məsuliyyəti ilk növbədə Serj Sərkisyanın üzərindədir. Ermənistanda məmur oliqarxiyasının və korrupsiyanın da başında duran Sərkisyandan başqa birisi deyil. Lakin siyasi müşahidəçilərin rəyinə görə Sərkisyana bütün bu olub bitənlərdən sonra qurbanlıq qoyun lazım idi. Bunun üçün də ağla gələn ilk namizəd Abramyandan başqası ola bilməzdi.

Ovik Abramyanın “Avropa İnsan hüquqları məhkəmə qərarlarının araşdırılması”, “antikorrupsiya” kimi çıxışları qurbanın boğazı kəsilmədən öncə son çırpıntıları kimi qiymətləndirilib.

Image result for Serj Sərkisyan

Ermənistanda baş nazirin gözlənilən istefası ilə bağlı reaksiyalar özünü çox gözlətməyib.

Müxalif kəsim Abramyanın guya vəd etdiyi heç bir proqramı icra etmədiyini bildirir.

Ermənistanın hüquq müdafiəçilərindən Artur Sakunts 1in.am saytına verdiyi müsahibədə Ovik Abramyanın istefası ilə dəyişən bir şey olmayacağını bildirib.

“Fahişələri dəyişməklə fahişəxana dəyişməz. Onun gəlirləri olduğu kimi qalacaq”, deyə Sakunts Ermənistandakı siyasi sistemi belə təsvir edib.

Politoloq Akop Badalyanın fikrincə isə Ovik Abramyan heç bir işlə yadda qalmayan, texniki baş nazir olub: “Əhalinin ümumi narazılığı fonunda bu cür kadr dəyişikliklərinin həyata keçirilməsi Ermənistan kimi ölkələrdə normal sayılmalıdır”, deyə, Badalyan mətbuata bildirib.

Image result for Karen Kocaryan


Polittexnoloq Karen Koçaryanın fikrincə isə Abramyanı istefaya gətirən iki səbəb var: “Bunlardan birincisi iqtisadi tənəzzül və bununla bağlı yaranan sosial narazılıq, ikincisi isə bu narazılığın siyasi əksi sayılan “Sasna Tsrer” qiyamıdır”, deyə, o iddia edib:

 - “Hökumət sədrini və üzvlərini Ermənistanın hakim Respublika partiyası seçdiyi üçün çətin anlarda  baş nazirlər həmişə qurbanlıq keçi kimi qabağa verilib”....
Ermənistan konstitusiyasına görə prezident yeni baş nazirin adını hökumətin istefasından 10 gün sonra açıqlamalıdır.
20 gün ərzində isə prezident yeni hökumətin tərkibini təsdiqləmək üçün parlamentə təqdimat verir.

Əvvəllər də xəbər verdiyimiz kimi, Abramyanın yerinə gələcək isim artıq  bəllidi. Bu Rusiyanın “Qazprommejregionqaz” şirkətinin baş direktorunu müavini, İrəvanın keçmiş meri Karen Karapetyandır.

Hər halda Abramyanın istefası və bunun gətirəcəyi siyasi nəticələrin qonşuda gündəmi uzun müddətə həbs edəcəyi aydındır.

Musavat.com Ermənistanın siyasi gündəmini diqqətdə saxlamağı davam etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar