Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən ilin 11 ayında xarici ticarət dövriyyəsi 22 mlrd. dollar təşkil edib

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub


Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 mlrd. 809,4 mln. dollar, o cümlədən ixracın dəyəri 14 mlrd. 018,7 milyon dollar, idxalın dəyəri 7 mlrd. 790,7 mln. dollar təşkil edib, nəticədə 6 mlrd. 228,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6% artıb, real ifadədə isə 10,9%, o cümlədən ixrac 6,5%, idxal 17,6% azalıb.
 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4%-ni İtaliyaya, 10,5%-ni Türkiyəyə, 4,5%-ni  İsrailə, 4,2%-ni Rusiyaya, 3,9%-ni Kanadaya, 3,8%-ni Çexiyaya, 3,6%-ni Almaniyaya, 3,5%-ni Çinə, 3,4%-ni Gürcüstana, 3,2%-ni İndoneziyaya, 3,0%-ni Portuqaliyaya,  2,9%-ni Hindistana,  2,7%-ni Fransaya, 2,4%-ni  Ukraynaya, qalan 17,0%-ni  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
 
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5%-i Rusiya, 14,7%-i Türkiyə, 9,8%-i Çin, 8,7%-i ABŞ, 5,2%-i Ukrayna, 4,9%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,2%-i Braziliya, 1,9%-i Yaponiya,  hər biri 1,7% olmaqla Norveç və Fransa, 22,7%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2017-ci ilin yanvar-noyabr aylarında 1 mlrd. 386,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.
 
2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0%, təzə tərəvəz – 83,8%, kartof – 50,7%, tütün – 2,0 dəfə, çay – 52,1%, bitki yağları – 0,1%, meyvə və tərəvəz şirələri – 64,6%, təbii üzüm şərabları və üzüm suslosu – 97,6%, meyvə və tərəvəz konservləri – 5,1%, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 42,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1%, polietilen – 13,5%, emal olunmamış alüminium – 27,1%, qara metallardan borular – 3,6%, qara metallardan yarımfabrikatlar – 44,0%, pambıq ipliyi – 25,8% azalıb.
 
2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5%, çay – 4,7%, quş əti və onun əlavə məhsulları – 2,2%, mal əti – 92,1%, siqaret – 9,9%, polad prokatı – 9,0%, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6%, rezin şinlər – 31,5%, qara metallardan çubuqlar – 11,4%,  mineral gübrələr – 19,6%, qara metallardan künclüklər ­– 23,1%, paltaryuyan maşınlar – 67,5%, məişət kondisionerləri – 23,8%, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2%, xam şəkər və şəkər – 2,6%, bitki yağları – 4,4%, kərə yağı, digər süd yağları və pastaları – 7,4%, kartof – 10,7%, təzə tərəvəz – 43,7%, qara metallardan borular – 47,4%, mebel – 19,2%,  polietilen – 8,7%, sement və sement klinkerləri – 92,5%, məişət soyuducuları – 16,4% azalıb.“APA-Economics”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Ən çox oxunanalar