Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il təcili yardıma edilən müraciətlərin sayı 36 min artıb

"Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq müraciət daxil olub. 2015-ci illə müqayisədə ötən il müraciətlərin sayı 36 min artıb"


“Report”un məlumatına görə, bunu stansiyanın baş həkiminin müavini İradə Əliyeva qurumun illik hesabatına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, ötən il müraciət edənlərin 63 mindən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çoxdur. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı isə 2000 nəfərdən çoxdur".

İ.Əliyeva qeyd edib ki, ötən il avtoqəza zamanı xəsarət alanların sayı 2 420 olub: "2016-cı ildə avtoqəza nəticəsində xəsarət alanların sayı 2015-ci illə müqayisədə 500 nəfər azalıb. Eyni zamanda, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib".

O əlavə edib ki, stansiyaya müraciətlər daha çox qəfil yaranan xəstəliklər, əsas da ürək qan-damar xəstəliyi ilə bağlı olur: "Uşaqlar arasında isə hərarət və qıc olmalara görə müraciətlər çoxluq təşkil edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar