Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il dövlət büdcəsi 98,1% səviyyəsində icra olunub


Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb


Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat,  xərcləri 17588,3 mln. manat olub.

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı 16446,9 mln. manat və ya 98,1 faiz icra olunub.Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya  proqnoz 91,2 faiz icra edilib. Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsixətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunub. 

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0  mln. manat  vəsait transfert edilib. 

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunub.

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17588,3 mln. manat  icra edilib.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804,6 mln. manat icra olunub.  

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10921,1 mln. manatı və ya 62,1 faizi cari xərclərə, 5153,5 mln. manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1513,7 mln. manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib. 

Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 1141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub. 

Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23951,6 mln. manat, xərcləri  isə 24982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1031,0 mln. manat təşkil edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar