Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il SOCAR-ın neft-qaz gəlirləri nə qədər olub?- Rəsmi


Ötən il SOCAR-ın neft-qaz üzrə gəlirləri 3,7 milyard manat təşkil edib


Azərtac xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. 2016-cı il dekabrın 31-nə SOCAR-ın neft-qaz üzrə gəlirləri 3 milyard 704 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 749 milyon manat təşkil edib. Şirkətin ötən il emal üzrə gəlirləri 3 milyard 355 milyon manat, bu sahədəki xalis mənfəəti 781 milyon manat olub.

Keçən il SOCAR-ın tikinti üzrə gəlirləri 1 milyard 934 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 557 milyon manat təşkil edib. Hesabat dövründə şirkətin satış və paylaşdırma üzrə gəlirləri 62 milyard 355 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 67 milyon manat olub.

Şirkətin neft və qaz hasilatı obyektlərinin istismardan çıxarılması, o cümlədən ləğv etmə və sahənin bərpası xərcləri ilə bağlı təxmin edilmiş öhdəliyi 2016-cı il dekabrın 31-nə 968 milyon manat təşkil edib.

“Hasilatın həcmi SOCAR-ın istismar etdiyi yataqlardakı hasilatın təxmin edilən həcmi yataqlar ilə bağlı ətraflı məlumatlara əsaslanır və uzunmüddətli planlaşdırma prosesinin bir hissəsi kimi rəhbərlik tərəfindən təsdiqlənmiş yataqlar üzrə inkişaf planlarını nəzərə alır. Təxminlərə görə ümumi hasilat növbəti 20 il üçün 10 faiz azalsaydı, bu 192 milyon manat əlavə dəyərsizləşmə xərcinin yaranması ilə nəticələnərdi”, – deyə hesabatda bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar