Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Bərdə təhsilində itib-batan 1 milyon


İcra başçısı Vidadi İsayevin təhsil şöbəsinin müdiri Rzaquli Şərifova korrupsiya üçün hər cür şərait yaratdığı və buna görə şöbə müdirindən hər ay külli miqdarda mənimsənilən vəsaitdən pay aldığı iddia olunur…


Ötən il Bərdə rayonunun Təhsil şöbəsinə rayonda təhsilin inkişafı üçün ayrılmış 1 milyon manatdan artıq vəsaitin böyük hissəsi icra başçısı Vidadi İsayev və rayon Təhsil Şöbəsinin müdiri  Rzaquli Şərifov tərəfindən məniimsənidlib. Bu barədə Bərdə rayonundan PİA.AZ daxil məlumatda bildirirlir ki, rayon təhsil şöbəsinin rəhbəri Rzaquli Şərifov icra başçısı Vidadi İsayevə arxalanaraq hər ay dövlətin on minlərlə manat vəsaitini çapıb talayır. Qeyd edək ki, Bərdə Təhsil Şöbəsinin nəzdində  75 ümumitəhsil məktəbi, 11 əsas, 5 ibtidai, 5 məktəbəqədər  təhsil müəsissəsi fəaliyyət göstərir. Eyni zamanda bu təhsil müəsissələrində 6 mindən çox müəllim çalışır. 

Daxil olan məlumata əsasən Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən R. Musayev adına Bərdə Şəhər inkluziv təhsil komponentli günüuzadılmış ümumitəhsil tam orta məktəbinə ayrılan 200 min manatdan çox vəsaitin necə xərclənməsini  Rzaquli Şərifov və adı keçən məktəbin direktoru daha yaxşı bilirlər. Bu təhsil müəsiəssəsinə ayrılan vəsaitlər digər alışlar, xidmətlər,  sair xərclər, ərzaq malları, odun yanacağı və başqa adsız avadanlıqlarına adı altında sənədləşdirilib. Həmin avadanlıqların heç biri isə demək olar ki, alınmayıb. Sadəcə 200 min manat vəsait nəqdləşdirilərək mənimsənilib.

Bildirilir ki, günüzuzadılmış bu məktəbin vasitəsi ilə təhsil şöbəsinin müdirir Rzaquli Şərifov hər il külli miqdarda vəsait qazanır. İnformasiyalı şəxs onuda qeyd edir ki, keçən il Bərdə təhsil şöbəsinə ayrılan 1 milyon manata yaxın vəsait ayrılıb və  vəsaitlərin  xərclənməsinə cavabdeh təhsli şöbəsinin  müdiri olub. Amma ayrılan bu dövlət vəsaitinin böyük hissəsi də mənimsənilib. Belə ki, qeyd olunan 1 milyon vəsait dəvtərxana ləvazimatları (30 min), digər maşın avadanlıqları (150 min), digər avadanlıqlar (160 min), bərk yumşaq invertarlar üçün (500 min) və sair xərclər (50 min) adfı altında sənədləşdirilib.  Yenə göstərilən alış-verişin böyük hissəsi ancaq kağız üzərində həyata keçirilib və yenə də ayrılan vəsait nəqdləşdirilərək mənimsənilib.

Məlumatda həmçinin göstərilir ki, təhsil şöbəsinin müdirinin əsas qazanc mənbəyindən biri ümumitəhsil məktəblərdə və məktəbəqədər 5 müəsissədə işləyən bir çox müəllimlərin dərs saatlarının şişirdilməsidir. Belə ki, dil-ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya və əsas dərs fənnləri təhsli şöbəsinin razılığı əsasında məktəb direktorları tərəfindən şişirdilərək ay ərzində on min manatalrla artıq vəsait əldə edilir. Bu vəsaitlərin müəyyən faizi məktəb direktorlarına yerdə qalanı isə Rzaquli Şərifova çatır. 

İddiaya görə Bərdə təhsil şöbəsi müdirinin başqa bir qanunsuz əməli isə saxta diplomlu müəllimlərin işə götürülməsidir.  Belə ki, qeyri qanuni yollarla diplom alan, yaxud kollecləri bitirən şəxslər təhsil şöbəsinin müdirinə 3000-4000 manat arası rüşvət verərək kənd məktəblərində müəllim kimi işə qəbul olunurlar.

Bundan başqa Bərdə rayonun bir çox kəndlərində elə məktəblər var ki,  şagird sayı sadəcə dərs jurnalındadır.  Yəni məktəbə oxumağa gələn şagirdlər yoxdur sadəcə adları yazılıb ki, oxuyurlar. 

Məlumatda o da xüsusi olaraq vurğulanır ki, təhsil şöbəsinin bir çox maxinasiyalarından xəbərdar olan icra başçısı Vidadi İsayev  Rzaquli Şərifova aylıq “hesab” təyin edib. Təhsil şöbəsinin müdiri əldə ay ərzində etdiyi qazancın 5-60 faizini icra başçısına verir. 

Bərdə də bərbad vəziyyətdə olan sahələrdən biri də səhiyyədir və icra başçısı rayon səhiyyəsinində bərbad gündə olmasından xəbırdardır.  Amma rayon xəstəxanalarında baş verən yeyintilərdən öz şəxsi maraqları üçün istifadə edir.  Vidadi İsayevin Bərdə rayon səhiyyəsində baş verən qanun pozuntularına göz yumması ilə bağlı redaksiyamıza göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar