Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Bakıda 68 uşaq evdə doğulub

Keçən il evdə doğuşla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət daxil olub


Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabat xarakterli tədbirində baş həkimin müavini İradə Əliyeva deyib. İ.Əliyeva qeyd edib ki, 2015-ci ildə evdə doğuşlarla bağlı 100 çağırış edilib.

“Evdə doğuşla bağlı müraciətlərin sayının azalması insanların maariflənməsi ilə bağlıdır. Evdə doğuş zamanı gedən təcili yardım briqadası tərəfindən həm ana, həm uşaq, həm cift xəstəxanaya yerləşdirilib. Təcili yardıma əsasən doğuş bitdikdən sonra müraciət edilir. Bunlar hamısı həm ana, həm uşağın həyatını riskə atır. Zahı və hamilə qadınlara edilən tibbi yardım zamanı onlar haqqında qadın məsləhətxanalarına məlumat verilib”. 

İ.Əliyeva əlavə edib ki, təcili yardımda lazımı doğuş paketi var və həkimlərin hər biri doğuşu həyata keçirə bilir. Onun sözlərinə görə, əgər həkimin yanında doğuş baş verərsə, onu qəbul etməyə, göbəyi kəsməy bacarırlar. Həkim doğuşu qəbul etdikdən sonra ana, uşaq və cift 100% xəstəxanaya çatdırılır”.

İ.Əliyeva bildirib ki, təcili yardıma daha çox qəfləti xəstəliklər, miokart infaktı və ürək, damar xəstəlikləri, insult ilə bağlı müraciətlər edilir. Onun sözlərinə görə , uşaqlar arasında isə hərarət və qıcolmaya görə müraciətlər daxil olur. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, onlara edilən müraciətlər zamanı təcili və təxrisalınmaz çağırışlar çeşidlənir.

“Birinci növbədə təcili, ikinci növbədə isə təxirəsalınmaz çağışırlar yerinə yetirilir. Əsas çağırışlar sırf təcili yardıma aid çağırışlardır, bunlar beyin, ürək, damar xəstəlikləri, avtoqəzalar və digərləridir. Eyni zamanda təcili yardımın gecikmələrinə diqqət çəkərkən burada ünvanların düz deyilməməsi əsas rol oynayır. Bununla bağlı 2016-ci ildə Səhiyyə Nazirliyinə təkliflər vermişik. Belə ki, proqram təminatı ilə artıq biz zəng gələn ünvanı müəyyən edə biləcəyik və müraciət edilən ünvana daha tez zamanda çatacağıq.

Təcili yardım maşınlarının ön hissəsinə kameralar yerləşdirməklə yanaşı, salona da qoyulacaq. Həkimin xəstəyə hansı yardımı göstərməsi qeyd ediləcək və xəstələrin şikayətləri, müraciətləri dinlənəcək və həkimin xəstəyə və orta tibb işçisinə münasibəti müəyyən ediləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar