Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb
Caspian Barrel hesabata əsasən bildirir ki, son 7 il ərzində Azərbaycan Respublikasının hasilat sənayesində həlak olan işçilərin sayı 130 nəfər olub.
Həlak olmalar üzrə 2010-2016-cı illlərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb: cəmi 6 nəfər. Neft sənayesi üçün insan itkisi üzrə nəinki bu baxılan zamanda, ümumiyyətlə müstəqillik illərində ən uğursuz il 2015-ci il olub – 37 nəfər.
Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa nəticəsində Günəşli yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçi həlak olub.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80%-i SOCAR işçiləri, digərləri xarici neft şirkətlərinin və podratçı şirkətlərin işçiləridir. (bakixeber.az)
pia.az