Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib


Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı


2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.

Bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb.

Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü  mobil telefon, 15- isə mobil sms-lə qeydə alınıb.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Azərbaycanın digər bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya,  Şimali Kipr və Qazaxıstandan da müraciətlər daxil olub. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət  edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Məlumat üçün bildirək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir. Azərbaycan Uşaq Qaynar Xətti 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq “Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır. Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə cəmi 32 708 müraciət daxil olub.  Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən iki mobil nömrə, üç şəhərdaxili telefon xətti, bir toll-free nömrə və ektron poçt vasitəsilə həyata keçirir. Bundan əlavə Xidmətin Android və İOS telefonları üçün mobil əlavəsi də yaradılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.     

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar