Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirib


 İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Bu barədə Trend-ə SOCAR-ın nsaytına istinadən xəbər verir.

Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub.

SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil edib. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilib. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür.

Qeyd edək ki, SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır. Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər nəticəsində SOCAR üzrə hasilat, davamlı olaraq, dünya neft bazarının tənzimlənməsi üçün zəruri olan və digər hasilatçılarla razılaşdırılmış çərçivələrdə həyata keçirilir, yataqların neftvermə əmsalından tam yararlanmağa nail olunur. Hasilatın sabitləşdirilməsi üçün yeni quyuların qazılması ilə yanaşı köhnə quyular da bərpa olunaraq, istismar fonduna daxil edilir, neftvermə əmsalının stabilliyi saxlanılır, fəaliyyətsiz quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər vasitəsilə istismarın bərpa olunması layihələri həyata keçirilir. Ləğv edilmiş quyuların bir çoxunda qalıq neft səmərəli texnologiyaların tətbiqi yolu ilə çıxarılır.

SOCAR mütəxəssisləri köhnə yataqlarda sadalanan üsulları tətbiq etməklə, ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olublar. Belə ki, ötən il Azneft İstehsalat Birliyi üzrə “Abşeronneft” NQÇİ və “Bibiheybətneft” NQÇİ neft hasilatını əvvəlki ilə nisbətən müvafiq surətdə 8,7% və 1,9% artırıb. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan “Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 milyon ton neft hasil olunub ki, bu da son onilliklər üçün rekord göstəricidir. “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov yataqlarda hasilatın artımına təsir edən amilləri belə izah edir: “Yalnız Abşeron NQÇİ-yə aid olan yataqları götürsək, orada son illərdə ümumi hasilat 2,5 dəfədən çox artıb. Üstəlik, bu uğurları aşağı maddi məsrəflərlə əldə edə bilmişik. Belə ki, bu gün “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatlarımızın səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir.”
Neft ixracının müsbət dinamikası SOCAR üzrə neft və qaz ticarət əməliyyatlarının həcminin artması ilə bağlıdır. Bununla yanaşı, dünya bazarında Azərbaycan neftinə olan tələbat keçən ildə də yüksək olub. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir: “SOCAR Azərbaycan neftini dünya bazarlarında ən keyfiyyətli neft növlərindən biri sayılan “Azeri Light” brendi altında təqdim edir. “Azeri Light” neftinin məhz müstəqil brend kimi bazara çıxarılması milli sərvətimizin dəyərini artırıb”.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin stabilləşdirilməsi üçün OPEC+ ölkələri tərəfindən hasilatın azaldılması ilə bağlı sazişin vaxtı 2018-ci ilin sonuna kimi uzadılmışdır. Azərbaycan həmin çərçivədə hasilatın məhdudlaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri tam yerinə yetirir. Hasilatın cüzi məhdudlaşdırılması müqabilində neftin qiymətinin yüksəlməsi SOCAR-ın gəlirlərinə müsbət təsir göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar