Bazar, 20 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ötən gün 106 cinayət faktı qeydə alınıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların 25-i “isti izlər”lə açılıb


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

pia.az
Etiket:
loading...