Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oskar mükafatından imtina edən məşhur aktyor


Marlon Brando 1972-ci ildə çəkildiyi “Xaç atası” (“The Godfather”) filmindəki Don Karleone obrazına görə “Ən yaxşı aktyor kimi “Oskar” mükafatı qazanmışdı. Ancaq Brando mükafatdan imtina edir


Buna səbəb o dövrdə Amerika hökumətinin hindulara qarşı apardığı siyasət idi. Məhz buna görə Brando mərasimə qatılmır. Etirazını daha da çox göstərmək üçün, öz yerinə hindu xanımı göndərir.
 
Böyük aktyor siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi kimi tarixə düşən Yaralı diz qətliamına etiraz etmişdi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür.
 
XX əsrin əvvəllərində Amerikada fəaliyyət göstərən bəzi mətbuat orqanları, hadisə barədə yazılar yazırdılar. Ancaq dövlətin mövqeyinə zidd olan tənqidi yazıların yazılmasına imkan verilmirdi. Hadisəni törədən şəxslərdən heç biri ciddi şəkildə cəzalandırılmamışdı.
 
Marlon Brando “Oskar”a təqdim olunanda bu məsələni bir daha gündəmə gətirdi. Təqdimetmə mərasimində iştirak etməkdən imtina edən Brandonun yerinə Saken Litlfizer adlı gənc hindu xanım çıxış etmişdi:
 
“Marlon Brando məndən bir məsələ haqqında uzun bir nitq danışmağımı istədi. Ancaq zaman darlığı səbəbindən mən əlimdə olan məktubun ümumi məzmununu sizlərə oxuyacam. Böyük üzüntü ilə bildirmək istəyirəm ki, Marlon Brando Oskar mükafatından imtina edir. Və bunun səbəbi, bu günlərdə film sənayesinin .... üzr istəyirəm .... və televiziyalarda göstərilən filmlərdə, Amerika yerlilərinə qarşı törədilən qətliamlardır. Yaralı diz qətliamı bir daha hindulara qarşı olan münasibəti göstərmişdir”.
 
Xanımın çıxışı böyük səs-küyə səbəb olub. Çıxışını bitirməyə imkan verilməyib. Daha sonra məktub mətbuatda dərc olunub.
 
Məktubda Brando ürək ağrısı ilə yazırdı:
 
“200 ildir torpağı, həyatı, ailəsi və azad olmaq haqqı üçün vuruşan xalqa belə dedik: “Silahını yerə qoy, gəl bərabər yaşayaq. Silahı yerə qoysan, sənlə barışdan danışarıq, dostum”.
 
Silahlarını yerə qoyanda isə onlara divan tutduq. Yalan danışdıq onlara.
 
Onları torpaqlarından uzaqlaşdırmaq üçün aldatdıq. Heç vaxt sadiq qalmadığımız və adına müqavilə dediyimiz o kağızları zorla imzalamaları üçün onları aclığa məhkum etdik.
 
Və onları həyatları boyunca bu qitədə yaşayan dilənçilərə çevirdik. Tarixi necə şərh edirsiniz edin, nə qədər yalanla süsləməyə çalışırsınız çalışın... Biz düz hərəkət eləmədik. Dürüst olmadıq. Ədalətli olmadıq.
 
Onlara haqlarını vermədik, müqaviləni düzgün yerinə yetirdik. Çünki gücümüzün üstünlüyü bizə dəyərlərinin, haqlarının dağıdılmasına xidmət elədi. Həyatlarını yaşamaq, azadlıqları üçün çarpışmaq istəyən bu xalqın yaşamaq haqqını əllərindən almaq idi gücümüz...
 
Tarixin böyük hökmü bizi mühakimə edəcək... Əmin olun...
 
Bəlkə indi “bunun akademiya mükafatı ilə nə əlaqəsi var” deyə soruşursunuz...
 
Bu sualın yaranması mətbuatda hindular haqqında çıxan xəbərlərdir...
 
Bu dünya uşaqların böyüməsi üçün çətin yerdir...
 
Siz bir hindunun öz həyatları haqqında çəkilən filmə baxıb zehninin necə zədələnəcəyini düşünmürsünüz...
 
Bunun üçün çox az, çox-çox az səy göstərildi.
 
Ona görə də bu peşənin sahibi, eyni zamanda ABŞ-ın vətəndaşı kimi bu gecə mükafatı qəbul etmək içimdən gəlmədi. Amerikada yaşayan yerlilərin vəziyyətinin düzəlməyəcəyi təqdirdə bu ölkədə mükafat almaq, ya da vermək doğru deyil.
 
Qardaşlarımıza əl tuta bilmirik, heç olmasa onların cəlladı olmayaq”.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar