Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta statistik rus arvadı


Aysel Əlizadə Zaxarovadan yazdı


2014-cü ildə Rusiya vətəndaşı olan azərbaycanlı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, diğər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Kəlbəcər rayonu 1993-cü ildə işğal edilib. İşğaldan dərhal sonra həmin il aprelin 30-u BMT TŞ qətnamə qəbul edib. Qətnaməyə əsasən BMT TŞ işğalçılığa son qoyulmasını, hərbi əməliyyatların dayandırılmasını, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalan digər ərazilərindən çıxarılmasını tələb edir.

24 il keçib. İşğala beynəlxalq səviyyədə hüquqi qiymət verilsə də, Ermənistan bu qətnamələrə əməl etmir. Hüququ kobud və məsuliyyətsizcə pozur. Hüququn olmadığı yerdə özbaşınalıq baş verir. Bunu dayandırmaq lazımdı. Dünyanın tələbi budu. Azərbaycan və bütün dünya Ermənistana bu məsələdə dəstək verən tərəfin Rusiya olduğunu bilir. Azərbaycan tərəfi həmişə Rusiya haqda korrekt danışmağa üstünlük verib. Dünya da bu mövzuda daha sivil danışıqlara, ritorikaya yer ayırıb. İşğalçılıq regional problem kimi ifadə olunub. Çünki qonşunu seçmirlər. Biz ümid etmişik ki, qonşumuz nəhayət, düşmən yox, dost əlini uzadacaq. Amma olmur!

Rusiya həmişə özünü konflikt yaradan yox, konflikti çözən tərəf kimi təqdim etməyə çalışır. Bütün dünyaya özünü barışcıl, terrora, işğala qarşı mübarizə aparan dövlət kimi göstərmək istəyir. Suriyaya müdaxiləsini də bu cür hallandırır. Orda “ humanitar dəhliz” yaratmaq istəyi barışcıl, xoş niyyətli mövqeyindənmiş. Biz isə bütün tarixi ağrılarımıza, Rusiyanın əli ilə itirdiklərimizə rəğmən müasir dünyada qonşumuzla nəhayət ki, sakitlikdə, dostluq münasibətləri quraraq yaşayacağımıza ümid etmişik. Dediyimiz kimi - nə etsən alınmır.

Bir neçə ay öncə Azərbaycanlı jurnalistin Rusiya Xarici İşlər Naziri Serqey Lavrova verdiyi “Azərbaycan öz torpaqlarını azad etməyə qalxsa, Rusiya Azərbaycanın daxili işinə qarışacaqmı” sualına cənab nazir “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” cavabı verdi. Belə çıxır ki, Rusiya Azərbaycanı ərazi bütövlüyü ilə bağlı təhdid edir. 2015-ci ildə Nalbandyanla görüşündə Serqey Lavrov Ermənistanı Rusiyanın etibarlı müttəfiqi adlandırdı. Atom Elektrik Stansiyasının enerji blokunun istismarı müddətinin artırılması üçün maliyyə vəsaiti ayrılacağını, 2017-ci ildə Ermənistana 15 illik 270 milyonluq kredit veriləcəyini söylədi. 2016-cı ildə Rusiya Ermənistana silah almaq üçün 200 milyonluq kredit ayırdı. Çox yaxşı. Mehriban olsunlar. Tarix heç ayırmasın! Zamanın hökmü Rusiya ilə Ermənistanı dost, qardaş, sirdaş, əməkdaş kimi həmişə bir-birinə möhtac qoyacaq. Bir də başlarını qaldıracaqlar ki, yanlarında heç bir dövlət qalmayıb.

Zaman-zaman Rusiya telekanallarında Dağlıq Qarabağla bağlı gedən müzakirələrdə açıq-aydın Azərbaycan tərəfini borclu çıxarmaq, Azərbaycana iynəli sözlər ötürmək Rusiyaya heç nə qazandırmır. Bütün dünya gerçəkləri bilir.

Amma indilik mövzu bu deyil.

Rusiyadan gələn yeni bir zərbədi. Dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, diplomat, tarix elmləri namizədi Mariya Zaxarova keçirilən brifinqdə APA informasiya agentliyinin Rusiyadakı rəsmi nümayəndəsi Fərid Əkbərovun Dilqəm Əsgərovla bağlı sualını ağzında qoyub. Tamamilə ayrı mövzuya keçərək imkan düşmüşkən Azərbaycanı “vurub”. Jurnalistlərimizi kobud ifadələrlə aşağılayıb. Zaxarova Azərbaycanda Dilqəm bəylə gedən yazıları “xamstvo” adlandırıb. “Xamstvo” sözü bizim dilə qanmazlıq, həyasızlıq, lap yüngül desək, ədəbsizlik, üzlülük kimi tərcümə edilir. Bizim dildəki xam sözü ilə onların dilindəki xam eyni mənanı vermir. Bizim xam başı çıxmamaq, bilməmək anlamındadı. Zaxarova bizi “bilməyən” yox, “həyasız” “üzlü” adlandırıb. Niyə belə edib? Çünki Zaxarova sualdan qaçmalıydı. Cavab verməmək üçün dərhal mövzudan yayındıran şüvənə keçməsi isə biabırçılıq idi. Onun media və siyasi təcrübəsini nəzərə alaraq demək olar ki, Zaxarova elə bizim təbirimizcə xamlıq sərgilədi. Bir diplomat, elmlər namizədi, siyasətçi, mediaçı sualdan daha peşəkarca yayınmalı idi. Zaxarova bunu bacarmadı. Hərəkəti ilə diplomat yox, tutuquşu olduğunu göstərdi. Öz fikri, manevrləri olmayan çıxılmaz durumda şüvən salaraq vəziyyətdən orta statistik arvad kimi çıxan sıradan bir təfəkkür sahibi olduğunu gördük. Həm onların, həm bizim dildəki “xamstvo”nun yekəsini özü elədi. Fərid bəy deyirdi ki, Dilqəm həm də sizin vətəndaşdı. Nə düşünürsüz, nə etmək olar? Bu sizin çözə bilməyəcəyiniz problem deyil. Tutuşdurma da aparıb bu hadisənin Lapşin olayından böyük fərqi olduğunu vurğuladı. Cümləsi yarıda kəsilsə də, nə soruşduğu aydın idi. Lapşin Azərbaycan qanunlarını pozaraq bizim işğalda olan torpaqlarımıza icazəsiz ayaq basıb. Reportajlar edərək Qarabağı Ermənistanın torpağı kimi təqdim edib. Qarabağı müstəqil respublika kimi qələmə verib. Beynəlxalq hüquq normalarını pozub. Dilqəm isə ana yurduna baş çəkib. Doğmalarının məzarını ziyarət edib. Hansı haqla Ermənistan məhkəmə qurub onu ömürlük həbsə məhkum edir?

Zaxarova isə bəlkə özü də bilmədən Azərbaycanla bağlı Rusiya rəsmilərinin mətbəx söhbətlərini çatdırdı: “Dilqəmlə bağlı bizə suallar verirlər, həyasızlıq edirlər. Özümüz bilərik. Dilqəmə ömürlük cəza vermişik, əcəb eləmişik. Vəssalam. Bizlə burunlaşmalarına bir bax. Nə edirik yaxşı edirik”. Bu cür mövqe və hərəkətlər Rusiyanın onsuz da sarsılmış nüfuzunu bir az da yerlərə çırpır. Hər kəsin Rusiyanı xilasedici rolda çıxış edəcəyini gözlədiyi bir vaxtda, öz haqqının qaytarılması üçün ona üz tutan tərəfə kömək etmək yerinə, hücuma keçməsi yalnız öz imicinə ziyandı. Düşməncə münasibət müasir dönəmdə, elektron informasiya zamanında sivil dövləti yaxşı göstərmir. Hər kəsdə özünə qarşı nifrət yaratmaq Rusiyaya nə verir? Yəqin bu sualdan sonra Zaxarova ətəyini başına çəkərdi...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar