Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq


Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq


Mu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar.

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib. (trend)

pia.az
Etiket:
loading...