Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər açıqlanıb

“Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması ilə bağlı İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən köhnə lüğətlərdə yer almış lüzumsuz, şübhə doğuran sözlər haqda təkliflər hazırlanıb”


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin 2013-2014-cü illərdəki nəşrlərinə 36 bənddən ibarət orfoqrafiya qaydaları daxil edilib:

 “Bizim tərəfimizdən 62 bəndlik yeni və izahedici orfoqrafiya qaydaları ilə bağlı layihə hazırlanıb”.
 
İnstitut direktoru orfoqrafiya lüğətində nəzərdə tutulan bəzi yenilikləri açıqlayıb: “Türkiyədə sözlər deyildiyi kimi yazılır. Ona görə də biz fonetik prinsipə əsaslanmalıyıq. İki “yy” ilə yazılan sözlərlə bağlı təklif edirik ki, onlar bir “y” ilə yazılsın. Eyni zamanda alınma dildə qoşa “ss” ilə bitən sözlərin bir “s” ilə yazılması təklif olunur. Məsələn, “ekspress”, “stress” sözləri. Alınma dildə olan digər sözlərin, məsələn “ssenari”nin yox, “senari” kimi yazılması, “metafor”un “metafora”, “sanatori”nin “sanatoriya” kimi yazılması təklif edilir. “Veb-səhifə”, “Veb-dizayn” sözlərinin də defislə  yazılması layihəyə daxil edilib. Həm də layihəyə milli mənşəli sözlərin yazılış qaydaları da daxil olunub”.  (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar