Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar
PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
pia.az