Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Gülalıyevdən Mehriban Vəzirin ittihamlarına cavab

Xəbər verdiyimiz kimi Milli Şuranın bu gün keçirilən Koordinasiya Mərkəzinin iclasında, yazıçı-publisist Mehriban Vəzir şura üzvlüyündən çıxarılıb


M. Vəzir məsələ ilə bağlı musavat.com-a açıqlamasında Ümumi Şuraya üzv seçilən Oqtay Gülalıyevin adını hallandıraraq, onu Milli Şura rəhbərliyinə yalan məlumat verməkdə ittiham edib.

Məsələ ilə bağlı Oqtay Gülalıyevin də fikirlərini aldıq. O. Gülalıyev musavat.com-a bildirdi ki, Mehriban Vəzirin Milli Şura üzvlüyündən çıxarılması ilə bağlı qərar artıq verilib:

“Bu baxımdan əlavə deyəcək bir sözümüz də yoxdur. Milli Şuranın qərarı ortadadır. O necə düşünürsə, bu, onun öz hüququdur. Onun fikirlərinə də hörmət edirəm. Ancaq qeyd etdiyim kimi Milli Şura bu məsələni müzakirə edib və müvafiq qərarını verib. Bütün məsələlər ətraflı şəkildə müzakirə edilib. Sadəcə olaraq mən, həmin qərarlar haqqında danışmaq istəmirəm. O özü daha yaxşı bilir ki, bu qərar nə üçün və necə qəbul olunub”.

Mehriban Vəzirin açıqlama tələb etdiyi 400 min vəsaitə gəlincə isə  O. Gülalıyev aşağıdakıları bildirib:

“Hesab edirəm ki, bağlı qrupda yazılan və deyilən fikirlər kənar müstəvilərdə müzakirə olunmamalıdır. Kimsə  onu müzakirəyə çıxarırsa, bu, onun öz məsuliyyətidir”.
Qeyd edək ki, M. Vəzir məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hər şey Oqtay Gülalıyevin Milli Şura rəhbərliyinə  ünvanladığı müraciətdən qaynaqlanıb. Onun sözlərinə görə, O. Gülalıyev, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının 18-ci ümumi yığıncağından sonra Milli Şura rəhbərliyinə ünvanlandığı elektron məktubda bildirib ki, bütün müqavimətə, anti- təbliğata, ayrılan 400 min manata baxmayaraq hakimiyyət Şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə uğradı.   M. Vəzir bildirib ki,   Koalisiyanın Şura üzvü, eyni zamanda sabiq koordinatoru Əliməmməd Nuriyevdən bu məsələ ilə bağlı izahat tələb etdiyi halda, onu Milli Şuradan çıxarıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar