Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov Sankt-Peterburqda həmkarları ilə görüşdü


Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclasında iştirak edir


PİA.AZ xəbər verir ki, Şuranın üzvləri-MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.

İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib.

Noyabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin sədri Valentina Matviyenko ilə görüşüb. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Sonra Azərbaycan parlamentinin Sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə də görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Oqtay Əsədov Çınıbay Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.

Milli Məclis sədri həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulin ilə görüşü olub. Nurlan Niqmatulin Azərbaycan xalqını müstəqilliyinin 25 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Səfər zamanı Sankt-Peterburqun Tavriya Sarayında - MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906–cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılış mərasimi keçirilib. Əlixan Bukeyxanovun büstünü Tavriya Sarayına Qazaxıstan parlamenti bağışlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov qeyd edib ki, Tavriya Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alıb. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.

Oqtay Əsədov deyib: “Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavriya Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcəklər”.
Tədbirdə Valentina Matviyenko qeyd edib ki, Tavriya Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. Valentina Matviyenko əməkdaşlığa görə Oqtay Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar