Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb –Tədbir


Martın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub


Milli Məclisdən bildirilib ki, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti tədbirə qatılıb.

Tədbirdə Oqtay Əsədov MDB PA-nın 25 illik yubileyi münasibətilə təşkilatın medalına layiq görülüb.

MDB PA Şurasının yaz sessiyası çərçivəsində keçirilən iclasında Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələləri müzakirə olunub.

MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə Bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, MDB PA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli, qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. Sənəddə MDB PA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.

İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.

Həmin gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 46-cı plenar iclası da keçirilib. İclasda çıxış edən Oqtay Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.

İclasda MDB PA Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova MDB PA-nın 25 illik yubileyi medalını təqdim edib.

Tədbir çərçivəsində “Poçta Rossii” şirkətinin buraxdığı MDB PA-nın yubiley poçt markası təqdim olunub.

Sonda MDB ölkələri səhnə ustalarının iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın xalq artisti Murad Hüseynov, əməkdar artist Afaq Abbasova, tarzən, beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanov çıxış ediblər.

Həmin gün Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar