Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov AKP-dən danışdı


Milli Məclisin sədri türkiyəli bələdiyyə başçısı ilə görüşüb


 Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, O.Əsədov Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Qeyd olunub ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmirlər. Parlamentin spikeri Türkiyənin böyük bir siyasi hadisəyə - yeni prezident seçkilərinə hazırlaşdığını deyib və bu seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.

Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb.

Spiker qeyd edib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına böyük töhfələr verə bilər. Belə qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib, dostluq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb.

Bolu vilayətinin bələdiyyə başçısı A.Yılmaz Azərbaycanda müşahidə etdiyi inkişaf və tərəqqidən, ölkəmizdə müasir stardartlara uyğun tikinti və yenidənqurma işlərinin aparılmasından, paytaxt Bakının abadlığından və çiçəklənməsindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın və Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün səylərin sıx birləşdirilməsinin vacibliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar