Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onun yaşadığı sevgidirsə...

Son bir neçə gündə hamı Qoca-Fədayə sevgisindən yazmasaydı, heç bu cümlələrə də ehtiyac qalmayacaqdı


Cərəyan edən proseslər göstərdi ki, uca xalqımızın ciddi sevgi imtahanından keçməsinə ehtiyac varmış. Sevginin tərifini “ölürüm” deyə mahnı ifasında, qatardan cani qaçırmaqda görən insanlarımız son bir həftədə bizə ciddi xəyal qırıqlığı yaşatdılar.

Məsələn, mən şəxsən öz payıma həmin insanların öz uşaqlarını nəyə əsasən, hansı prinsiplə tərbiyə etdiyini çözə bilmədim. “Yaxşı nədir, pis nədir” suallarının cavabını necə verdiklərini aydınlaşdıra bilmədim özüm üçün. Adam öldürəni pisləyirikmi? Pisləyirik. Bəs onu qaçıranı? Onu da pisləyirik.  O zaman bu olay niyə nümunə halına gətirildi axı? Niyə biz cəmiyyətə cinayətkarların yüksək səviyyəli obraz olduğu mesajını veririk?

Hər şey bir tərəfə, biz sevgini niyə bu qədər ucuzlaşdırırıq? Ömründə bir dəfə olsun, gerçək sevgini yaşamış hər kəs bilir ki, bu hiss heç də hər adamın qapısını döymür. Döyürsə, onu qanı-canı ilə yaşayır insan. Sevmək təkcə özünü təhlükəyə atıb, bir cinayətkarı qaçırmaq deyil ki. Menzurka, ölçü bu olmamalıdır, ola da bilməz. Sevmək fədakarlıqla yanaşı, gözəl hisslərin yaşaması, yaşadılmasıdır. Sevdiyinin daha uzun yaşaya bilməsi üçün əlindən gələni etməkdir, ona mahnılar oxumaqdır, şeirlər yazmaqdır, əzizləməkdir.... Amma öləcəyini bilə-bilə cəhənnəm oduna bir neçə odun atmaq deyil.

Fədayə Qoca üçün “Ölürüm” oxuyanda azərbaycanlı kişilərin içindən və dilindən keçən “kaş mənimçün də belə ürəkdən oxuyan olaydl” deyənlərin sayı o qədər çox idi ki.Əksəri də bunu etiraf etdi, yazdı. Bu qədər aclıq...  Bəlkə də bu mənzərəyə “ah” çəkənlərin hər birinin səhər oyanan kimi qabağına səhər yeməyi süfrəsi hazırlayanı, işə gedəndə öpüb, “yaxşı yol”, axşam gələndə “xoş gəlmisən, günün necə keçdi” deyə soruşanı var. Amma nəyə görəsə bu, yetmir, bəs eləmir. İllah ki, bir qan olacaq, bir  aksion filmi çəkiləcək. Kəsəsi, kimsə kiminçünsə öləcək. Rahat, dinc, huzur sevgi bizim ellərdə  o qədər də qəbul olunmur nəyə görəsə.

Tamam, oğrü dünyasına maraq bütün cəmiyyətlərdə var. Xüsusən də bizimki kimi ədalətin bərqərar olmadığı torpaqlarda insanlar oğru qanunlarına maraq edir. Onların hər hərəkəti, sözü, addımı hadisə sayılır. Gənc oğlanlar özlərini onlara oxşatmaq istəyirlər, gənc qızların xəyallarını onlar bəzəyir. Amma və lakin biz ümid edirik ki, bu, keçicidir. Təxminən hər kəsin bir dönəm İbrahim Tatlısəs mahnılarına qulaq asması kimi. Keçməlidir, keçmək zorundadır. Amma biz bu dünyanı təbliğ etdikcə, onların hər addımını ülviləşdirdikcə cəmiyyətdən də yüksək nəticələr gözləyə bilmərik. O zaman mən də soruşuram: Fədayənin yaşadığı sevgidirsə, türmədəki, müharibədəki, əsgərlikdəki ər yolu gözləyənlərin yaşadıqlarının adı nədir? Sevgi bir cinayətkarı, əli qana batmış bir canini azadlığa qaçırmaqdırsa, bütün məhrumiyyətləri gözə alıb, sevdiyinin yolunu gözləməyin adı nədir?

Nümunə olaraq gələcək nəsillərə təqdim edəcəklərimiz arasında Fədayəniin sevgisi, Qocanın da qəhrəmanlığı yoxdur. olmamalıdır. Mən narahatam ki, çox qısa zamanda hamımıza bu cütlüyün yaşadıqlarını örnək kimi təqdim etsinlər. Etməyək. Özümüzə ziyandır. Yaxşı, bizdən keçdi, uşaqlarımıza ziyandır. 

 Sevinc TELMANQIZI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar