Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlıya baş çəkiblər


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər


Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, həbs olunmuş şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, görüş, telefon danışığı və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinlənilib.

MPQ üzvləri tərəfindən qəbul edilmiş şəxslər, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov, Qiyas İbrahimov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Onlar müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzilərinin Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub və ya yerində təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar