Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsmanın əməkdaşları Aleksandr Lapşinlə görüşüblər




Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər


Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan təqsirləndirilən şəxs Aleksandr Lapşin də fərdi qaydada qəbul edilib. O, saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından, müəssisəyə gətirilən zaman keçirildiyi tam tibbi müayinədən və bu xidmətin, habelə qida təminatının keyfiyyətindən razılıq edib, qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu və maneəsiz istifadə etdiyini bildirib.

A. Lapşin vəkil və tərcüməçisi, habelə vətəndaşı olduğu Rusiya və İsrail dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəsmiləri ilə də sərbəst görüşdüyünü qeyd edib. Onun saxlanılması ilə bağlı sənədləşmə öyrənilib, habelə kamerasına baxış keçirilib və hüquqlarının təmin olunduğu müəyyən edilib. Ona hüquqları bir daha izah olunub, Azərbaycan Ombudsmanının səlahiyyətləri barədə məlumat verilib və o, qəbula görə təşəkkürünü bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar