Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman vəzifəsi iki aydır boşdur – təzə müvəkkil kim olacaq?


Əsabəli Mustafayev: “Bəlkə də yeni təyinat daha səmərəli olar”


Azərbaycanın İnsan hüquqları üzrə yeni müvəkkilinin (ombudsman) kimliyi müəmmalı olaraq qalmaqdadır. Ötən ayın 5-də səlahiyyət müddəti başa çatan müvəkkil Elmira Süleymanova yeni ombudsman seçilmədiyindən hələ də öz fəaliyyətini davam etdirir.

İki dəfə ombudsman seçildiyinə görə E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Bu baxımdan, yeni ismin kimliyi maraq doğurur. Artıq bu istiqamətdə bəzi şəxslərin adları çəkilsə də, ən çox Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı hallanır. 

Qeyd edək ki, Ombudsman Aparatına yeni rəhbərin hansı əsaslarla seçilməsi, bu prosesin necə aparılması daim suallar doğurur. Bununla bağlı hüquqşünas Əliməmməd Nuriyev modern.az-a açıqlamasında bəzi maraqlı məqamlara toxunub. O bildirib ki, müvəkkilin təyinat məsələsini prezident həyata keçirir: “İnsan hüquqları üzrə müvəkkil Azərbaycan prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir. Milli Məclis müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini parlamentə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər. Azərbaycanda isə belə hal yaşanmayıb. İlk dəfə prezidentin təqdim etdiyi namizədlər siyahısından Elmira Süleymanova seçilib”.

Hüquqşünas onu da qeyd edib ki, hər adam müvəkkil seçilə bilməz: “Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı ombudsman vəzifəsinə seçilə bilər. İkili vətəndaşlığı olan başqa dövlət qarşısında öhdəliyi olan qanunvericilik icra və məhkəmə hakimiyyəti sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin müvəkkil heç bir siyasi partiyanın üzvü ola bilməz. Əgər sadaladığım vəzifələr varsa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir”.

Tanınmış vəkil Əsabəli Mustafayev bildirdi ki, qanunda yeni şəxs təyin olunana qədər müddəti bitən müvəkkilin vəzifəni icra etməsi nəzərdə tutulub: “Müvəkkilin müddəti qurtarsa da, yeni təyinat olana qədər vəzifəni apara bilər. Vəzifəyə də təyinatı parlament təsdiq etməlidir. Milli Məclisin günahıdır ki, bu təyinat indiyədək təsdiq olunmayıb. İstənilən halda Elmira Süleymanova artıq iki dəfəlik müddətini ötürüb. Çox təəssüflər olsun ki, bizdə belə vəzifələrə təyinat ictimaiyyətdən gizli aparılır. Əslində cəmiyyətdə müzakirələr aparılmaqla təqdimat olmalıdır. Cəmiyyət əvvəlcədən bilməlidir ki, kimlər bu vəzifəyə iddialıdır. Lakin belə müzakirələr aparılmadan, namizədlərə qiymət verilmədən Milli Məclisdə müzakirəyə çıxarılır. Bizim əlimizdən ancaq təəssüf etmək gəlir. İctimaiyyət nümayəndələrinin bu təqdimatda heç bir rolu yoxdur. Halbuki gələcəkdə ombudsman ictimaiyyətlə işləməlidir. Qanunvericilikdə bu postun sahibinin nə vaxta qədər müəyyən edilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bundan da istifadə olunur. Mən bilən hazırda parlamentin gündəliyində belə bir müzakirə nəzərdə tutulmayıb. Düzdür, bizdə elədir ki, birdən-birə təyinatı çıxara bilərlər, tələm-tələsik də təsdiq edərlər. Yəqin ki, belə də olacaq. Çünki məlum deyil ki, kimlər iddiaçıdır. Ola bilər ki, bu gün təsdiq olunsun. Qanunda belə boşluqların olması bu cür hallara gətirib çıxarır”.

Ə.Mustafayev ombudsmanın səlahiyyətlərinə də toxundu: “Məsələn, mətbuatla, uşaq hüquqları ilə bağlı ombudsman ayrı olsaydı, daha yaxşı olardı. Amma Azərbaycan elə də böyük deyil. Lakin bir ombudsman da kifayət edər, təki vəzifələrdən səmərəli istifadə olunsun, kifayət qədər geniş istifadə edilsin. Ancaq çox təəssüf ki, indiki müvəkkilin geniş fəaliyyətini görmürük. Sahələr çoxdur, meydan da genişdir. Daha səmərəli işləmək üçün istəklər var. Bəlkə də yeni təyinat daha səmərəli ola bilər, bizə gözləmək qalır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar