Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Aparatının əməkdaşları Xədicə İsmayılın saxlanma şəraitini araşdırıblar


Ombudsman Aparatının əməkdaşları Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində araşdırma aparıblar


Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində (CÇM) olublar.

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında 10-dan çox saxlanılan şəxslə, o cümlədən Xədicə İsmayılova, Pərviz Həşimli, Sirac Kərimli ilə onların saxlanıldıqları kameralarda görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanılma şəraiti ilə bağlı mövcud vəziyyəti öyrəniblər.

Qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Bundan əlavə, görüş zamanı onlardan bəzilərinin qaldırdığı məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunaraq öz müsbət həllini tapıb.

Ombudsmanın nümayəndələri müraciətlərin araşdırılması məqsədi ilə həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı və 11 saylı CÇM-lərində, habelə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində də olublar. Bu müəssisələrdə qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar