Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Aparatı 10 yaşlı Nurayın başına gətirilənlər barədə


“İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib”


Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülüb, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilib.

Eyni zamanda, uşağın xalası ilə telefonla əlaqə saxlanılıb, Nurayın kadrlar çəkilən gündən xalası ilə qaldığı müəyyənləşdirilib, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Nuray və xalası ilə görüşmüşlər və uşaqla bağlı hər hansı bir narahatlıq halları müşahidə edildiyi zaman 24 saat ərzində Ombudsmana və onun uşaq hüquqları üzrə qaynar xəttinə müraciət etməsi bildirilib.

Hazırda N.Bayramzadə ilə bağlı məsələ Ombudsmanın nəzarətindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar