Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölsün birdəfəlik bu adətiniz!

Son dövrdə gəldiyim qənaət budur ki, bizim millətdən səbrli, hövsələli millət yoxdur


İlahi, insanlarda onlara uzaqdan-yaxından heç bir aidiyyatı olmayan insanları, hadisələri müzakirə etməyə, məsxərəyə qoymağa, gündəmə çevirməyə, qərar çıxarmağa necə böyük həvəs, necə böyük maraq var... İnsanların bir zəif, həssas nöqtəsini tapmaq, onların bir ayıb işini aşkar etmək adamlara necə böyük xoşbəxtlik bəxş edir. Bütün bunlara sərf etdikləri vaxta nələr sığışdıra biləcəkləri tamam başqa bir mövzudur. Əslində, mən məhz bundan yazmaq istəyirdim. Amma günlərdir şagirdlərin intim video məsələsi fikrimi yayındırdı.

Bu məsələdə şagirdləri günahlandıranlar da var, məktəb rəhbərliyini, müəllimləri, valideynləri də. İnanın ki, nə videoda hansı söhbətin, hansı hərəkətlərin sərgiləndiyindən xəbərim var, nə də bu barədə yazılan, yayılan xəbərləri oxumuşam. Ümumiyyətlə, artıq həyatımı bu cür sürürəm, düşüncəmə, dəyərlərimə, prinsiplərimə yad olan nə varsa, kim varsa, necə deyərlər, boykot edirəm. Başqa əlac yoxdur. O videonu sevincək halda yayımlayanları nə qədər tənqid etsək də, xeyri yoxdur. Adamlar gördükləri işin, əxlaqsızlığın adını "çörək qazanmaq" qoyub hər şeyi edirlər. Bu heç.

Burda məni ən çox incidən sözügedən oğlanın yapdıqlarını video çəkmək düşüncəsində, mədəniyyətində, əxlaqında, tərbiyəsində olmağıdır. Bu da elə onun böyüdüyü ailədə, mühitdə gördüklərinin nəticəsidir. Nəslinin, qonşularının, qohumlarının həyat tərzinin, düşüncə tərzinin əyani sübutudur.

Az yaşından uşaqları dizinin dibində oturdub onun əmisi arvadının, xalası qızının, qonşusunun həyat yoldaşının, məktəb yoldaşının anasının qeybətini edəndə nəticə bu olmalı idi. "Bax gözün, qulağın açıq olsun, harda anan, atan haqda bir kəlmə söz dedilər, gəl bizə de" xəbərdarlığının nəticəsi bu olmalı idi. Hardan, kimin yanından, hansı vəziyyətdə gəldiyini bilmədiyimiz qadınların adına adlar qoşanda nəticəsi bu olmalı idi. Özündən, öz ailəsindən başqa bütün ailələrinin kişisini qeyrətsiz, qadınını fahişə çıxaranda nəticəsi bu olmalı idi.

Gəlin evdən ölümcül vəziyyətdə başını götürüb qaçır, daşa basırlar ki, qızıb. Bir gənc qız həyatdan bezib, özünü öldürür, deyirlər ki, nə isə zibili var imiş. Keçmişini, cibindən hansı məktub çıxdığını, axırıncı dəfə kiminlə danışdığını, nə dediyini ən vacib ehtiyacları kimi sorub-soruşdurmağa başlayırlar. Və bütün bunları edəndə, deyəndə onların evindəki övlad yanlarında olur, eşidir, görür, yığır. Beyninə yığır, ürəyinə yığır, canına, qanına yığır. Başdan-başa mənfi enerjidən, həyatda, ətrafındakı hamıdan pislik umur, hamıya pislik etmək istəyir. İtə-pişiyə daş atır, qonşunun uşağının oyuncağını alır qırır, yaşlı qadına söz atır, qız-gəlini söyür. Sonra böyüyür, yaşamağa zorlanır, zorlayır.

Heç kim deməsin ki, "yox, mən evimdə bütün günü ali dəyərlərdən danışıram, uşağıma sevməyi öyrədirəm, insanlara sevgiylə, anlayışla yanaşmağı təbliğ edirəm". Hər şey o tərəfə, övladınızla danışırsınızmı, onun hansı düşüncədə, hansı istəklərdə olmağından xəbərdarsınızmı? Yox. Sizi o-bu maraqlandırır. Hətta mediada, sosial şəbəkələrdə adını ilk dəfə eşitdiyiniz müğənninin, aktyorun, jurnalistin həyatı, evinin içi maraqlandırır. Amma öz uşaqlarınızın içindən xəbərsizsiniz. Ona görə də heç kim gileylənməsin, cinsi əlaqədə olduğu qızı viodeya çəkən oğlan bizik, sənsən, mənəm, onu biz yetişdirmişik. Biz nəyiksə, bizi canımızdan qopan da odur. Bizim balamız ürəyimizin, beynimizin, əxlaqımızın balasıdır. Bu gün bu mühitin balası da budur: adamların məhrəmini, ayıbını, sirrini, yanlışını tapmaq, car çəkmək, bununla üstünlük əldə etmək, özükimilərin üstündə qələbə çalmaq.

Bu yaxınlarda Nəriman Həsənzadənin bu şeiri lap ürəyimdən olmuşdu. Ondan sonra harda bu sözbazlıqdan, qeybətdən doğan hadisə, adamlar görürəm, səsli və ya səssiz deyirəm: Ölsün birdəfəlik bu adətiniz!

Toyda oynadılar, ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil. Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin, ölməyin, yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.

Sevinc Fədai(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar