Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölməni istəmirəm cənab başçı...

Elmar Vəliyev Yevlaxdan idarəçilik metoduna görə hədəf olan adam idi


Belə ağrılı faciənin bir gün baş verəcəyini illər öncədən proqnozlaşdırmaq mümkün idi .

Adını bir-bir sadalaya biləcəyim icra başçıları var. İndi ona açılan atəş hamısının dərs alması üçün ciddi mesajdır. Əsla haqq qazandırılacaq olay deyil. Umaram cinayətkarlar ən qısa zamanda cəzasını alacaq. Ancaq xeyli məqam var, onun digər həmkarlarının dərs alacağı xeyli məqam...

Hamısı mühafizəçi ilə gəzir. Qəbullarına düşmək olmur. Hərəsi bir rayonun xanı sayır özünü. Kimsiniz qardaş?! Niyə mühafizə ilə gəzirsiniz?!

Məxfi cəsussunuzmu?

Deyilsiniz!

Xalq düşmənisinizmi?

Deyilsiniz!

Sizi dövlət bizə - insanlara qulluqçu təyin edib. Daha deməyiblər ki, insanlarla bildiyiniz kimi davranın. Bir gün də Allah bilir arxasında kim dayanan gədanın birinin gülləsinə qurban olun!..

Bu ölkədə nümunə olan barmaqla sayılacaq qədər az icra başçısı var. Elmar müəllimi Yevlaxdan Gəncəyə yolladılar ki, bəlkə...bəlkə də...bəlkə... Olmadı!

Hələ Gəncəyə yeni təyin olunanda davranışları ona hücum etməyə hazır adamları qıcıqlandırmışdı. Bir dəfə hücüm etdilər, alınmadı. Bu iki oldu...Təəssüf, alındı!..Amma bu iki oldu, Elmar müəllim, öz adıma üçü istəmirəm! Amma hamı belə düşünmür, elə sizi sevməyənlər də. Adamları bilmirəm, düzü mən acıdım. Hətta ilkin məlumatları oxuyub aldığı güllə yaralarının yerini biləndə bir gizilti keçdi içimdən. O Gəncəyə təyin olunanda bir bəlkəm var idi mənim də çoxları kimi. İndi anladım ki, bizim "bəlkələrimiz" həmişə bəla gətirib başımıza.

...Səhlənkar, düzəlməz! Saxtakar, dəyişməz! Xəyənətkardan, dönüb də dürüst olmaz! Bu sözlərin heç birini konkret ünvana səsləndirmirəm, çünki insanlığa yaraşmaz, adam indi dardadır. Bəlkə də qəddar səslənir dediyim, amma ilk səhvdə, real səhvdə, qazılan quyuda yox, məhz səhvdə vurub tullamaq lazımdır sistemdən yaramayanları, bəla gətirəcəkləri. Hə, o da var ki, bu qədər kadrımız da yoxdur. Amma biz onları yetişdirmək üçün nə qədər və hansı cəhd edirik ki, sonra da qıtlığını yaşayırıq? Bu da ciddi sualdır.

Bu bizim xilas olmaq üçün yollarımızdan biridir. Komandalaşmaqdan xilas olmağı bacarmalıyıq. Onda ölkə də, dövlət də, vətəndaş da şok üstünə şok yaşamaz. Bir məqam da var, bəlkə kimsə deyər, ağıl verir. Əsla, bu vətəndaş mövqeyidir. Bu öncədən proqnozlaşdırıla biləcək nəticələrin qarşısını almağa "niyə həmişə gecikirik?" "üsyanıdır". Gecikməyək, bircə dəfə də zamanında edək... Bəlkə o halda bu qədər ağrımarıq.

Nə deyim, yenə də yazığım gəldi. Yenə də mənimdi, pisiylə, yaxşısıyla özümünküdür hamı! Yenə də sağ qalmasını dilədim! Haqqında öldü xəbərləri dolaşsa belə, ölməni istəmirəm cənab başçı!

Bir gün qarşılaşsaq və niyəsini soruşsan, əcaib bir inamım, sevgim var özümüzə. Deyirəm bəlkə bir birimizi sevdik məmur-vətəndaş olaraq, nə zamansa. Lənətmi olsun, afərinmi bu inama, bilmirəm, amma kimsənin ölümünü də istəmirəm, bunun ritorika olmasını da...

...Bir də yaşamaq var cənab başçı, elə yaşamaq ki, olayımız ritorika yox, hadisə olsun, gerçək hadisə. Bu ölkənin yeganə hadisəsi bilirsinizmi nə olmalıdır?... Biz insan itirməkdən qorxmalıyıq. Ölümlərə, faciələrə lağ eləməkdən çəkinməliyik. Bizə ən ağır hadisə, ən böyük dərs olmalıdır, dərs, VƏSSALAM!..

Jalə MÜTƏLLİMOVA(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Laçın koridoru haqda bir sual və ya Şuşaya giriş niyə qadağandır?

İlham Əliyevin “Oktyabr inqilabı” - Zərgər dəqiqliyi...

Ən çox oxunanalar