Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkənin naziri kim olsun? - Müxalifətin rəyi


“Kiminsə adını çəkib onu bədbəxt eləmək istəmirəm”


Azərbaycanın baş nazirinin yaxın vaxtlarda dəyişəcəyi barədə xəbərlər intensivləşir. Artıq 78 yaşlı Artur Rasizadənin səhhətinin ölkənin səlahiyyətlərinə görə ikinci postunda işləməyə imkan vermədiyi barədə məlumatlar yayılıb. Onun postunda kimin əyləşə biləcəyi haqda da ehtimallar irəli sürülməyə başlayıb. Mediada baş nazirin müavinləri, bir sıra nazirlər və komitə sədrlərinin bu posta iddialı olduqları bildirilir və onların şansları təhlil edilir.   

Bəs tanınmış müxalifət partiyaları Artur Rasizadə vəzifəsindən gedəcəyi halda baş nazir  vəzifəsində hazırkı hökumət üzvlərindən kimi görmək istəyirlər, kimin ölkənin ikinci şəxsi olmasının müsbət dəyişikliklərə gətirib çıxaracağını düşünürlər?

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirdi ki, hazırkı idarəçilik sistemində Azərbaycanın baş nazirinin Artur Rasizadə və ya hər hansı bir hökumət üzvünün olmasının əhəmiyyəti yoxdur: “Baş nazir aylarla olmayanda Azərbaycanda hiss olunub ki, baş nazir var, yoxsa yoxdur? Azərbaycan baş nazir tərəfindən yox, bir nəfər tərəfindən olunur. Ona görə də kimin baş nazir olmasının heç bir əhəmiyyəti yoxdur. Kimi baş nazir qoyacaqlarsa, o da Artur Rasizadədən irəli getmək imkanında olmayacaq. Ona görə də mən kiminsə adını çəkib onu bədbəxt eləmək istəmirəm. Kimin adını çəksəm deyəcəklər ki, onu müxalifət istəyir, hansısa əlaqələri var. Baş nazir olaraq Azərbaycan xalqına xidmət edəcək şəxsi bu hökumətin tərkibində görmürəm”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da bildirdi ki, ölkə prezident üsul-idarəsi ilə idarə olunur, ona görə də baş nazirin kimliyi elə də ciddi əhəmiyyət daşımır: “Baş nazirin kim olması birbaşa prezidentin səlahiyyətinə aiddir. Azərbaycanda parlamentli idarəçilik üsulu olmadığından baş naziri parlament seçkilərində qalib gəlmiş partiya yox, prezident təyin edir. Belə vəziyyətdə isə müxalifətin baş nazir postunda kimi görmək istədiyini açıqlamasının mənası yoxdur. Biz istəyirik ki, konstitusiyada dəyişiklik edilsin və ölkə parlamentli respublikaya keçsin. Belə olduğu halda ölkədə idarəçilik üsulu dəyişər. Baş nazir xalqdan mandat almalıdır.

Bu, ölkənin gələcəyi üçün lazımdır. İndiki vəziyyətdə isə baş nazir postunda hökumət üzvlərindən kimin əyləşməsi vəziyyətə təsir edəsi deyil. Ölkənin idarəçiliyini baş nazir yox, prezident həyata keçirir. Təcrübə göstərir ki, hansısa mühüm postlara heç kimin ehtimal etmədiyi, adı heç vaxt hallanmayan şəxslər də təyin edilir. Baş nazir dəyişiləcəksə, bu təcrübədən yenə istifadə edilməsi istisna olunmamalıdır. İlham Əliyev adı baş nazir postuna iddialılar sırasında çəkilməyən bir şəxsi də təyin edə bilər. Heç kimə məlum olmayan ismin baş nazir olması mümkündür”.

AXCP sədrinin müavini Razi Nurullayev isə bildirib ki, baş nazirin kimliyini prezident müəyyənləşdirəcək və Artur Rasizadənin baş nazir postundan getməsi müsbət dəyişikliklər yaratmaq iqtidarında deyil: “Azərbaycanda prezident üsul-idarəsidir, prezidentin iradəsindən kənar heç nə baş verə bilməz. Bununla bərabər, baş nazir postu təhlükəli postdur. O, prezidentdən sonra ölkədə ikinci adam hesab edilir. Kim baş nazir olsa, ya gərək ambisiyasını gizləyib, Artur müəllim kimi üzdə olmasın. Əks halda, onun taleyi çox faciəvi ola bilər.

Mətbuat bir neçə dəfə yeni baş nazirin siyasi iddialarından yazsa və onun əleyhdarları da onun haqqında mətbuata məlumatlar sızdırsa, çox yəqin ki, yeni baş nazirlə prezident arasında uçurum get-gedə dərinləşəcək. Ölkənin ikinci şəxsi gərək ən azından Artur müəllim qədər sədaqətli və üzüyola şəxs olsun. Əslində hakimiyyətdə belə adamlar çoxdur. Amma onlar da yuxarıda dediyim səbəblər üzündən ehiyatlanırlar. Amma get-tez bu baş verəcək”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar