“Kult.az” domeni satıldı, “Edebiyyat.biz” gəlir!
Bu sözləri Feysbukdakı şəxsi hesabında “Kult.az”ın keçmiş rəhbəri və yaradıcısı Zahir Əzəmət yazıb.
“Kult.az domeni satıldı, “Edebiyyat.biz” gəlir! Azərbaycanın ilk mədəniyyət portalı olan “Kult.az” portalı adını dəyişir. Artıq gələn həftədən sayt “Edebiyyat.biz” ünvanında fəaliyyət göstərəcək.
Saytda indiyə qədər dərc olunan bütün materiallar yeni ünvandan əlçatan olacaq. “Kult.az” domeninin transfer prosesi başa çatandan sonra ətraflı məlumat veriləcək”.(axar.az)