Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkənin ən böyük avtomobil ehtiyat hissələri bazarında icarə haqqı soyğunçuluğu...


Nizami rayonunda, “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında qiymətlər gündən-günə bahalaşmaqdadır. Bu isə təkcə alıcıları deyil, elə satıcıları da narahat edir. Çünki qiymət artımı səbəbindən alıcılıq qabiliyyətinin azalması bazarı iflic edib


Bahalaşmanın səbəbi isə bazar rəhbəri Rasim Salmanovun satıcılara qoyduğu aylıq icarə haqlarının həddindən artıq yüksək olması ilə bağlıdır. İcarə haqlarının baha olması sahibkarları müflis duruma salıb. Yerpulununun verilə bilməməsi səbəbindən obyektlər bir-bir sıradan çıxırlar.

Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər.

Bazarda apardığımız araşdırma zamanı ən ucuz yerdə icarə haqqının 1000 manatdan başladığını öyrəndik. Hansı satıcını dindirdiksə, rəhbərliyin rəftarından və icarə haqlarının baha olmasından narazlıqlarını dilə gətirdilər.

Adının çəkilməsini istəməyən satıcı vəziyyəti belə izah etdi: “Bakıda ən bahalı yer haqları bu bazardadır. 3 min manata qədər icarə haqqı ödəyən var. Bir neçə dəfə istər fərdi, istərsə də toplu şəkildə bazar rəhbərliyinin qəbuluna gedib, “arenda” qiymətlərində bir qədər güzəştə getməsini xahiş etdik. Rasim müəllim bir kəlmə ilə bizi bayıra qovdu. Bu cür xahişlə gələnlərə “ödəyə bilirsən ödə, bilmirsənsə yaxşı yol” deyir.

Təkər satışı şöbəsində müşahidələrimiz zamanı maraqlı faktlar əldə etdik. Öyrəndik ki, burada təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700 manatdan başlayır. Bundan əlavə, bazara daxil olan təkərlərin say hesabına görə əlavə məbləğ hesablanır. Hər təkər üçün əlavə olaraq 1 manat ödənilir. Bir çox mağazalarda bu hal yığışdırılsa da, bəzilərində hələ də qalmaqdadır.

Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz... Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat qazancımız olur. Təkərlərin və digər hissələri bazara gətirən yük maşınının xərci və digər xərcləri də hesablasaq, əlimizə normal vəsait qalmır. Yəni, bazar müdirinin cibinə işləyirik”.

Xatırlayırsınızsa, iki il öncə “Maşın bazarı”nda baş verən yanğın zamanı 30-a yaxın obyekt yanaraq, kül olmuşdu. Sahibkarlara minlərlə manat ciddi ziyan dəydi. Zərər çəkən obyekt sahiblərinə isə heç bir kompensasiya verilmədi.

Bazarda olduğumuz zaman müşahidə etdik ki, yanan mağazaların yerində daşdan yeni mağazalar tikilərək həmin şəxslərə verilib. Lakin bu dəfə yeni şərtlərlə... Belə ki, bazar rəhbərliyi zərərçəkənlərə kömək məqsədilə 3 ay icarə haqqı almayıb. Sonradan yeni tikdirdiyi 12-15 kvadratmetrlik obyektləri ayda 1000 manatdan olmaqla satcılara icarəyə verib. Halbuki, satıcılar yanğından öncə aylıq icarə haqqını 700 manatdan ödəyirdilər. Bazar rəhbərliyi bir qədər əl gəzdirirək, bu obyektlərin icarə haqlarını 300 manat artırıb. Müşahidə etdik ki, yeni tikilən obyektlərin hər hansı bir komfortu yoxdur. Hörgüyə suvaq belə vurulmayıb, piştaxtalar qurulmayıb. Buna rəğmən icarə haqqı artırılıb. Nəticədə isə bütün bu xərclər satılan malların üzərinə gəlib. Yanğından sonra hər bir obyektə yanğın siqnalizasiyası quraşdırılıb. Bazar rəhbərliyi bunun üçün hər bir satıcıdan 100 manat pul yığıb. Simvolik olaraq bir neçə yerdə qurğular qoyulub. Lakin heç biri işlək vəziyyətdə deyil.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar