Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkənin bu bölgələrində valideynlər övladlarından imtina edir

“Azərbaycanda daha çox Quba, Şəmkir rayonlarında, Sumqayıt şəhərində, Bakının Sabunçu, Xəzər, Qaradağ rayonlarında valideynlər uşaqlarını internat məktəblərinə verir”


PİA.AZ bildirir ki, Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, 2015-2016-cı tədris ilində rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq göndərişinə əsasən 139 nəfər uşaq internat məktəblərinə və uşaq evlərinə yerləşdirilib. 

Bu illər ərzində (2015/2016-cı tədris ilində) daha çox Sabunçu, Xəzər, Qaradağ, Quba, Şəmkir rayonlarında və Sumqayıt şəhərində yaşayan valideyn himayəsindən məhrum olmuş şagirdlər rayon icra hakimiyyətlərinin sərəncamı əsasında internat məktəblərinə təlim-tərbiyə almaq üçün göndərilib.

Nazirlikdən qeyd edilib ki, 2015/2016-cı illərdə xüsusi təhsilə cəlb olunma və dövlət uşaq müəssisəsinə yerləşdirilməklə bağlı 180 nəfər Təhsil Nazirliyinə müraciət edib. 

Uşaqların internat evlərinə verilməsinin səbəblərinə gəlincə, nazirlikdən bildirilib: “İnternat məktəblərinə maddi-məişət və tərbiyə şəraiti olmayan çətin həyat şəraitində olan ailələrin, valideynin alkoqol və narkotikdən asılılığı, valideynin səfil həyat tərzi keçirməsi, uşağın ailədə təhqir və etinasızlığa məruz qalması, atanın (ananın) vəfat etməsi, yeganə valideynin ağır xəstə olması və ya əmək qabiliyyətli olmaması, yeganə valideynin yaşayış yerinin olmaması, valideynin ölkədə olmaması, atanın (ananın) və ya hər ikisinin həbsdə olması səbəbindən, tək anaların (ataların) övladları, səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) valideynlərinin peşələrinin olmaması səbəbindən işləməməsi (iş tapa bilməməsi) və ya peşəsi olmayıb günəmuzd işlərdə çalışması, həmçinin valideynlərinin günün 12-14 saatını işdə olması, o cümlədən uşağın xüsusi təhsilə ehtiyacının olması səbəbindən yerləşdirilir”.

Qeyd edilib ki, Təhsil Nazirliyində hər üç aydan bir yenilənən məlumat bazası yaradılıb. Baza hər bir müəssisənin texniki göstəriciləri, uşaqlara göstərilən xidmətlər, illik xərcləri və müəllim-tərbiyəçi kontingenti üzrə məlumatın alınması ilə yanaşı hər bir uşaq barədə məlumat almağa imkan yaradır. 

Nazirlikdən onu da bildiriblər ki, məlumatların təhlili əsasında dövlət uşaq müəssisələrinə qəbul edilən uşaqlarla bağlı araşdırma aparılır. 

“Hər bir uşağın müəssisəyə düşmə səbəbləri və onlara məxsus sənədlər araşdırılır. Bütün mümkün qarşılayıcı tədbirlər tətbiq olunur ki, uşağın müəssisəyə düşməsinin qarşısı alınsın. Yalnız son çarə olduğu halda uşaq dövlət uşaq müəssisəsinə yönləndirilir”, -deyə nazirlikdən bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar