Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə “çürük bank”ların sayı artır


2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı


Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. 

İqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, bütövlükdə 10-a yaxın bankın sağlamlaşdırılmasına ehtiyac var:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmalıdır. “Çürük bank”ların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır”. 

Ekspert bildirib ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən bankların fəaliyyət göstərməsi lüzumsuzdur.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirib ki, hazırda bank sektorunun sağlamlaşdırılması prosesləri davam edir: “Bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiyası da daxil olmaqla işlər aparılır. Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir. Aparılmış işlərin nəticəsi olaraq son iki ildə bank sektorunda kapitallaşmanın ən sağlam komponenti olan səhmdar kapitalı 1.1 milyard manat həcmində artıb”.

Rəsmi məlumatda qeyd olunub ki, manatın məzənnəsinin stabilləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar