Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə yoluxucu xəstəlik daşıyıcılarının sayı artır

Adil Qeybulla: “Evlilik öncəsi müayinələrin artması yaxşı olar”


Bir neçə il öncə ailə qurmaq istəyən cütlüklər heç bir tibbi müayinədən keçmir və buna görə də hər hansı xəstəliklərinin olduğunu bilmirdilər. O üzdən həmin dövrlərdə talassemiyya və digər xəstəlik daşıyıcıları olan uşaqlar dünyaya gəlirdi.

Ancaq 2015-ci iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olundu. Bunun tətbiqi ilə əslində ölkəmizdə minlərlə gəncin müxtəlif xəstəlik daşıyıcısı olduğu, ortaya çıxdı. Yalnız 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi evlənmək üçün müayinədən keçmiş 16 min nəfərdə xəstəlik aşkarlanıb. Ümumilikdə isə bu müddət ərzində 364 min 284 nəfər müayinədən keçib. Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: “Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.

Maraqlıdır, nədən Azərbaycanda xəstəlik daşıyıcılarının sayı bu qədər çoxdur? Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, istənilən halda cinsi yolla keçən infeksion xəstəliklərin sayı dünya üzrə artmaqdadır: “Düzdür, narkomanlar arasında da SPİD və digər infeksiyaların yayılma şansı çoxdur. Müayinələr bu xəstəliklərin aşkar olunmasına şərait yaradır. Bu baxımdan da nə qədər ki, bu proses gedəcək, aşkar olunmalar da artacaq. Amma mən evlilik öncəsi bu müayinələrin aparılmasını müsbət qarşılayıram. Bir var, bu, gizli olsun, bir də var açığa çıxsın və hər iki tərəf bundan qorunma imkanlarını araşdırsın. İnsan öz durumundan xəbərdar olur və sonrakı addımlarını hesablayaraq atır. Bu baxımdan düşünürəm ki, bu yoxlamaları bir az da genişləndirmək lazımdır”.

Həkim insanları bu cür infeksion xəstəliklərə qarşı diqqətli olmağa çağırdı: “Cinsi yolla yayılan infeksiyalardan necə qorunmaq lazım olduğu, təsadüfi əlaqələrdən çəkinmək, narkomanlar üzərində nəzarət, onların maarifləndirilməsi ilə bağlı işlər aparılır. Xarici ölkələrdə narkomanlarla bağlı xüsusi proqram var. Bu proqrama əsasən narkotiki əvəz edən xüsusi bir dərman var və bu dərmanın satışı apteklərdə həyata keçirilir. Bu dərmandan da istifadə edilir. Proqram bu cür məsələlərdə xeyli yüngüllük yaradır. Amma istənilən halda cinsi yolla keçən infeksion xəstəliklərin sayı dünya üzrə artmaqdadır. Üçüncü ölkələrdə, hansı ki, orada maarifləndirmə azdır, həmin ölkələrdə dinamika daha çoxdur. Təsadüfi deyil ki, bu xəstəliklərin əksəriyyəti Afrikadan başlayır. Bunun özü də həmin ölkədə sanitariya mədəniyyətinin aşağı olması ilə izah olunur”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər gün dünyada 1 milyon insan cinsi yolla keçən infeksiyalardan birinə yoluxur. Hər il 360 milyona yaxın insan xlamidioz, süzənək, sifilis, trixomonoz kimi infeksiyalardan birinə yoluxur. Cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan artıq bakteriya, virus və parazit keçir. Bu patogenlərin arasında olan 8 infeksiya ən təhlükəlidir və bir çox xəstəliklərin və pozulmaların səbəbi olur. Hazırda bu infeksiyalardan 4-ü (süzənək, sifilis, xlamidioz və trixomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QİÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanizmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalar hamiləlik və doğuş zamanı anadan körpəyə keçə bilər.

Qeyd edək ki, nikahdan öncə müayinə yalnız Azərbaycanda deyil, əksər ölkələrdə mövcuddur. Məsələn, Qərb ölkələrində bu məsələyə çox ciddi yanaşılır. ABŞ-da nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün hallarda nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Fransada da bu var və qanuniləşdirilib. Ukraynada tibbi müayinədən keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən, bəy və gəlin nikahdan öncə tibbi müayinədən keçməli və öz səhhətləri barədə bir-birilərinə mütləq bilgi verməlidir. Bu zaman dövlət onların tibbi müayinəsi üçün şəraiti təmin edəcək, müayinənin nəticələri isə sirr kimi saxlanacaq və yalnız gənclərin özlərinə açıqlanacaq. Nikah bağlayanlardan birinin öz səhhətinin vəziyyəti barədə məlumatı gizlətməsi nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar