Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə təhlükəsiz internetin tətbiqinə başlandı


Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb


Qurumdan verilən məlumata görə, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur.

“Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir.

İstifadəçi “ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları “qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər.

Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi web resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.

Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, OğuzHacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.

Qeyd edək ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən “Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar