Xəbər xətti

21 MAY

11:18 “Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır”

11:14 Lalə Brillianta barışıq əli uzatması haqda: “Heç vaxt...”

11:10 “Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

11:06 “AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir”

11:02 Almeyda: “Azərbaycanla qarşılaşma çox çətin olacaq”

10:58 Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək

10:54 İranın Suriyadakı hərbi bazasında partlayış olub

10:49 Xaçmazda iki maşın toqquşub

10:45 Nazir: “Son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb”

10:41 Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edildi

10:37 Sərçələrə saqqız atanlar

10:33 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

10:29 “Fədayəni sevgi maraqlandırsaydı, yanımda olardı” - Tacir

10:25 İsmayıllı sakini özünü asıb

10:21 Bob Dilanın gitarası 490 min dollara satıldı

10:17 Maduro yenidən Venesuela prezidenti seçildi

10:13 Türkiyə-İsrail münasibətləri - Bu qarşıdurmanın geosiyasi nəticələri nə ola bilər?

10:09 ABŞ-da təyyarə radarlardan itib

10:05 Mahmud Abbas xəstəxanaya yerləşdirilib

10:02 “Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyil”

9:57 Ölkədə 74 şübhəli saxlanılıb

9:53 Xəzər dənizində zəlzələ baş verib

9:49 Məşhur rusiyalı milyarderi İngiltərəyə buraxmırlar

9:46 Neft bahalaşdı

9:42 Maduro yenidən prezident seçildi

9:39 Hollivud aktrisası vəfat etdi

9:35 “Whatsapp”dan yenilik

9:31 “Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvü həll etməməlidir”

9:27 Atəşkəs 97 dəfə pozuldu

9:24 Azərbaycanlı futbolçu Kosovo çempionu oldu

9:20 Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır

9:16 Bakıda kütləvi dava: bıçaqlanan var

9:12 Aqramunt AŞPA-dan istefa verdi

9:08 Güzəştli mənzillərin satışı nə vaxt başlanılacaq?

9:04 Bakıda orta yaşlı kişini avtomobil vurub

9:00 MN: “Ermənistan tərəfinin bəyanatı əsassızdır”

8:55 Bu gün bürcünüz nələr vəd edir?

20 MAY

21:44 Türkiyə ABŞ-ın əlavə vergi həmləsinə cavab verdi

21:30 Rəsmi Tehrandan Avropaya çağırış

21:16 Xırdalanda yaşayış binasında yanğın baş verib

21:01 İŞİD Qroznıda kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20:46 82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi

20:32 Samir Abasov istefa verdi

20:24 Premyer Liqa klubu ilk transferini rəsmiləşdirdi

20:10 Ötən il axtarışda olan 55 insan alverçisinin 32-si tutulub

20:00 Türkiyə ordusunun iki əsgəri şəhid olub

19:43 Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir

19:30 Siqaret çəkənlər üçün vacib məlumatlar

19:21 Türkiyədə iki terrorçu məhv edildi

19:08 Misirdə avtobus qəzası: Ölənlər var

19:00 Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

18:49 Həyat yoldaşına 300 minlik avtomobil aldı

18:35 Gəncədə 45 yaşlı kişi qardaşı oğlunun evindən oğurluq edib

18:24 Rusiya ultramüasir silahını İrəvana verir

18:15 Ərdoğan sui-qəsddən danışdı

18:04 Şəhid olan əsgərimiz 4 bacının tək qardaşı imiş

17:55 Xüsusi amansızlıqla öldürülən məşhur yazıçılar

17:48 XİN: “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

17:31 Qazaxıstanda neft yatağında yanğın baş verib

17:20 La Liqa klubunda məşqçinin müqaviləsi yeniləndi

17:08 Sel Əfqanıstanda 9 nəfərin canını aldı

16:59 “Bild”: Putin Merkeli təhqir etdi

16:47 İŞİD lideri Yəməndə ələ keçdi

16:40 "Çağla ilə yenidən evlənmərəm”

16:40 Meksikada iki yük qatarı toqquşdu - Yaralılar var

16:28 Metronun “Sahil” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

16:20 Roman Abramoviçi Britaniyadan qovurlar

16:10 Cəbhənin Naxçıvan istiqamətində Azərbaycan hərbçisi şəhid oldu

15:50 Bu gün Venesuelada da növbədənkənar pezident seçkisidir

15:40 Seriala görə iki ölkə arasında münasibətlər gərginləşdi

15:33 Şəhriyar del Geraninin küçə uşaqlarına yazdığı şeir

15:20 Müsavatçılar Almaniyada toplaşdı –Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

15:05 “İYİ” partiya meydana sürpriz namizədlər çıxarır:Süleyman Dəmirəlin şəxsi həkimi, İlkər Başbuğ...

14:50 Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı

14:44 I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

14:37 Sabah Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq

14:30 Bakıda avtomobil mağazaya çırpıldı

14:12 “Biz heç vaxt müharibə variantını düşünmədik” –Bərzani rəsmi Bağdada səsləndi

14:09 “Livanda yeni hökumətin qurulmasına müdaxilə etməyəcəyik“

14:01 Meqan Marklın toy stili - 135 minlik gəlinlik

13:25 Nazarbayev xeyir-dua verdi: ABŞ-ın hərbi yükləri Azərbaycandan keçəcək

13:12 Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

13:05 “Çağla ilə yenidən evlənmərəm“

12:50 Ermənistanda yeni etiraz aksiyaları başlaya bilər

12:34 "Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"

12:24 Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb

12:18 İranda 721 nəfər göbələkdən zəhərləndi –9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

12:13 Sabiq nazir əfv üçün müraciət edib - MTN rəhbəri bağışlanmasını istəyir

11:50 Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

11:40 FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib

11:33 Bakının mərkəzində əməliyyat: bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanılıb

11:28 Azərbaycanda əhali 4 aya 16 milyard manat qazanıb

11:09 Kənan Doğulu Bakıda konsert verdi

11:05 Gədəbəydə avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb

10:55 Həbs olunmuş AXCP üzvü Müalicə Müəssisəsinə köçürülüb –21 mayda şikayətinə baxılacaq

10:42 Şəkidə 23 yaşlı gənci maşın vurub

10:37 “Əldə olunan pullar Kosta-Rika və Rusiyada “yuyulub““

10:32 Kubada qəzaya uğrayan "Boeing 737"nin qara qutusu tapılıb

10:26 Trampın arvadı xəstəxanadan çıxdı –Böyrək əməliyyatı keçiribmiş

10:22 “Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub

10:17 «Fələstinliləri müdafiə üçün bölgəyə sülhməramlılar göndərilsin» – Türkiyədən təklif

10:13 “Rəsulzadənin, Elçibəyin, Heydər Əliyevin adlarına universitetlər açaq”

10:09 Aİ və İran neft ticarətinə dair işçi qrup yaratmağı qərara alıblar

10:05 Bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

19 MAY

21:55 Populist dini xadimin bloku İraq seçkilərinin qalibi oldu

21:50 Salyanda qəzadan yayınmaq istəyən sürücü piyadanı vurdu

21:44 Putin: Yeni nüvə silahları növbəti illərdə istifadəyə veriləcək

21:38 Hacı Zeynalabdin Tağıyev məşhur türk serialında

21:20 Canluici Buffon “Yuventus”da karyerasını başa vurub

21:05 Rəşad Mahmudov Bakı Ürək Mərkəzindən getdi

20:50 Ərindən məşhur modelə 10 milyonluq hədiyyə

20:33 Azərbaycanda əhalinin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?

20:25 Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

19:55 Almaniyada naməlum şəxs küçədə insanlara atəş açdı

19:38 Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib

19:12 Qroznıda kilsəyə hücum

19:05 Gürcüstanda 4 min saxta dollar satan 2 azərbaycanlı saxlanılıb

18:20 Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisə gətirildi

18:10 “Reuters“: Türkiyə geri qayıdır - Video

18:05 “Arıların tükənmə təhlükəsi var”



İQTİSADİYYAT

...

Ölkədə meyvə-tərəvəz istehsalı artır, qiymətlər isə enmir – Səbəb

Tarix 08.02.18, 11:23

Font ölçüsü : - / +
bitmap-img6

İqtisadçı ekspertlər situasiyanı şərh etdilər; “Kiçik ölkələrdəki qiymətləri həm də böyük ölkələrin bazarı tənzimləyir...”


Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. 

O sırada meyvə-tərəvəz, bostan məhsullarının istehsalında artımın daha çox olması ilə diqqəti çəkir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında 889.4 min ton kartof, 1370.5 min ton tərəvəz, 437.5 min ton bostan bitkiləri istehsal olunub.

Qeyd olunan dövrdə tərəvəz istehsalı 10.9 faiz, meyvə və giləmeyvə istehsalı 5.4 faiz, üzüm istehsalı 8.4 faiz artıb. İstehsalın artması ilə bərabər, kənd təsərrüfatı məhsullarının ixracında da yüksəliş qeydə alınıb. Ötən ilin yanvar-noyabrında 57.6 min ton kartof, 214.9 min ton tərəvəz-bostan, 220.3 min ton  müxtəlif meyvə məhsulları ixrac  edilib. Bundan ölkəyə 453 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Bunun 151 milyon dolları pomidor ixracından qeydə alınıb. Bu il isə meyvə-tərəvəz istehsalının daha da artması gözlənilir.

Maraqlıdır ki, istehsalın artmasına rəğmən, ölkədə kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəz və bostan məhsullarının qiymətində azalma müşahidə olunmur. Hətta ötən yay mövsümündə belə meyvə-tərəvəzin satış qiyməti əvvəlki illə müqayisədə xeyli baha oldu. Hazırda da ölkədə meyvə-tərəvəz bahalığı ilə diqqət çəkir. İstixana təsərrüfatlarının sayı artsa da, bazarlarda xiyar-pomidorun satış qiyməti 2 manatdan aşağı düşmür.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyevin “Yeni Müsavat”a verdiyi məlumatdan aydın olur ki, tərəvəzin ölkə daxilindəki qiyməti xarici ölkələrə, xüsusilə Rusiyaya satış qiyməti ilə uzlaşdırılır.

Kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov isə bildirir ki, iqtisadi nəzəriyyədə böyük və kiçik ölkələr anlayışı var: “Bu, sübut olunmuş məsələdir ki, kiçik ölkələrdə qiymətlər həmişə böyük ölkələrin bazarları ilə uyğunlaşdırılır. Çünki böyük ölkələrin bazarlarının təchizatçısı kiçik ölkələr olur. Bu şəraitdə kiçik ölkələrin istehsalçılarının iki seçimi olur: ya öz məhsulunu böyük ölkənin bazarına çıxarıb satsın, ya da öz ölkəsində. Bu zaman xaricə satdığı qiymətdən yaxşı gəlir əldə edirsə, çalışacaq maksimum çox məhsul ixrac etsin. Daxildə satacaqsa, daha çox gəlir əldə etmək üçün yüksək qiymətə satmağa çalışacaq. İndi biz meyvə-tərəvəzi daha çox Rusiyaya satırıq və məcburuq qiymətləri oradakına uyğunlaşdıraq. Əgər məhsulumuzu daha çox Gürcüstana ixrac etsəydik, qiymətləri oradakı qiymətlərə uyğunlaşdırmayacaqdıq”.

Mütəxəssisin dediyinə görə, ölkə daxilindəki alıcılıq qabiliyyəti də qiymətlərə təsir göstərən əsas amillərdən biridir: “Əslində bizdə meyvə-tərəvəzin qiymətinin aşağı olması üçün əsas var: dövlət istehsalçılara irihəcmli subsidiyalar ayırır. Yəni istehsalçıların xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Lakin məsələ burasındadır ki, istehsalçı görür ki, yüksək qiymətlə də məhsulunun alıcısı var, ona görə də alıcı cəlb etmək üçün hər hansı endirimə getmir. Qiymətləri yüksəldən daha bir amil ixracatın çoxalmasıdır. Bildiyiniz kimi, Azərbaycanda ixracatçılara böyük dövlət dəstəyi var, ölkədən kənara mal satmaq istəyənlərə hər cür şərait yaradılır. Buna görə də istehsal olunan məhsulun böyük hissəsi xaricə aparılır, bu isə daxildə qiymətləri yüksəldir”.

Öz növbəsində iqtisadçı-ekspert Natiq Cəfərli adətən Azərbaycanda meyvə-tərəvəzin qiymətinə mövsümi amillərin təsir göstərdiyini dedi: “Hər il yaz-payız mövsümündə qiymətlər ucuzlaşır, qışda isə istehsalın azalması ilə qiymətlər də bahalaşır. Bu amildən başqa qiymətlərə təsir göstərən əsas amil ixracatın artım dinamikası ilə istehsalın artım dinamikası arasında xeyli fərqin olmasıdır. Ötən ilin yekunlarına görə, kənd təsərrüfatında 3 faizdən yuxarı artım qeydə alınıb. Bu, müsbət bir haldır. Lakin ötən il kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin ixracında bundan bir neçə dəfə çox artım baş verib. Bu da ondan irəli gəlir ki, dövlət ölkəyə valyuta gəlişini artırmaq üçün ixracatı stimullaşdırır. Nəticədə ixraca yönələn meyvə-tərəvəz daxili bazardan çəkilir. Üstəlik, istehsalçı ixracatdan əldə etdiyi gəliri daxili bazardan da əldə etməyə çalışır. Daxili bazarda məhsulun az olması isə istehsalçının bu istəyini reallaşdırması üçün əlverişli zəmin yaradır. Buna görə də daxili bazarda qiymətlərin aşağı düşməsinə nail olmağın əsas yolu istehsalın daha böyük sürətlə artmasıdır. Bunun üçünsə Azərbaycanda istehsalçıların son məhsula görə subsidiyalaşmasına keçilməlidir. Bildiyiniz kimi, ölkədə əsasən dövlət subsidiyası əkin sahələrinə görə verilir. Bu isə kəndli-fermerlərdə son məhsula marağı azaldır”.

Ekspertin sözlərinə görə, daxili qiymətlərin yüksək olmasında bazarlardakı inhisarlaşma da mühüm rol oynayır: “Alverçilik hələ sovet dövründə də mövcud idi. O zaman da bunun qarşısını tam almaq mümkün olmurdu. İndi də bazarlarda istehsalçı ilə istehlakçı arasında vasitəçilər var. Bu kiçik qrup fermerlərin birbaşa bazara çıxışını əngəlləyərək, arada böyük gəlirlər əldə edir. Buna görə də hökumət fermerlərin bazara birbaşa çıxış imkanlarını genişləndirmək üçün tədbirlər görməlidir”.(müsavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru