Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə qış rejiminə keçdi - dövlətqurumları hazırdırmı?


Aidiyyəti təşkilatlar problemlər olmayacağını vəd edir və əhalini qaydalara əməl etməyə çağırır


Bu gündən etibarən ölkə ərazisində qış rejiminə keçilir. Qanunvericiliyə görə, noyabrın 15-dən respublika ərazisində qış rejiminə keçid elan olunur. Bununla əlaqədar əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının da fəaliyyəti gücləndirilir, mənzillərə istilik verilməsinə başlanılır. Soyuqlar daha öncədən başladığı üçün vətəndaşlar da bu günü səbirsizliklə gözləyirlər. 

Belə ki, qış rejiminə keçidlə əlaqədar təbii qazın həcmi artır və təzyiq güclənir. Həmçinin istiliyin verilməsinə başlanılır. “Yeni Müsavat” aidiyyəti dövlət qurumlarının qış rejiminə keçidlə bağlı hansı işlər gördüyünü öyrənməyə çalışıb.

İlk olaraq “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev qəzetimizə açıqlama verərək bildirdi ki, artıq  noyabr  ayının 15-dən Bakı şəhərində və respublikanın digər rayonlarında “Azəristiliktəchizat” tərəfindən payız-qış mövsümünün başlamasına start verilir: “Dağlıq rayonlarda artıq noyabr ayının 1-dən istiliyin verilməsinə başlanılıb. Bu gün artıq ”Azəristiliktəchizat"ın bütün qazanxanaları və istilik mərkəzləri  payız-qış mövsümünə hazır vəziyyətə gətirilib. Magistral və məhəllədaxili istilik xətləri təkrar sınaqdan keçirilib. Noyabr ayının 15-dən etibarən “Azəristiliktəchizat”ın 545 qazanxanası və 92 istilik məntəqəsi vasitəsilə yaşayış binalarına və sosial obyektlərə istilik təchizatının verilməsinə başlanacaq.  Payız-qış mövsümündə “Azəristiliktəchizat”ın mənbələrindən 3750 yaşayış binası və eyni zamanda layihə üzrə bizim mənbələrdən istiliklə təmin olunması nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər obyektlər istiliklə təmin olunacaq. Sabahdan ərazilərə xidmət göstərən istilik sistemləri üzrə istismar sahələrinə göstəriş verilib ki, təyin olunmuş qrafik üzrə qazanxanaları işə salsınlar".

R.Əliyevin sözlərinə görə, müəyyən texniki proseslər səbəbindən istiliyin tam keyfiyyətlə verilməsi bir neçə gün vaxt ala bilər: “İstiliyin mənzillərə verilməsi zamanı xətlərdə olan havanın buraxılması ilə bağlı müraciətlər daxil olur. Çünki axırıncı mərtəbələrdə olan mənzillər adətən havanı  buraxmalıdırlar ki, dövriyyə normal getsin.  Bəzi mənzil sahibləri bunu edir, bəziləri isə etmir. Bu baxımdan digər mərtəbələrdən şikayətlər daxil olur. Bizim əməkdaşlar vətəndaşlara bunu izah edir və mənzillərə baş çəkib özləri bu işləri həyata keçirirlər. Bu vaxta qədər biz mənzillərə soyuq su vermişik. Bina sakinlərinə də məlumat vermişik ki, bütün xətlər təzyiq altındadır, soyuq su verilir. İndi istilik verildikcə, su qızdıqca əlavə tənzimləmə işləri aparılacaq.  Məhəllə qazanxanalarında bunlar daha qısa müddətdə tənzimlənir. Ancaq iri rayon qazanxanaları var ki, xidmət sahəsində 200-ə yaxın yaşayış binası, sosial obyektlər, məktəb , uşaq bağçası, səhiyyə müəssisələri daxildir. Onlarda bu müddət bir qədər uzanır. İri rayon qazanxanalarında istismar qaydaları da imkan vermir ki, birdən-birə temperaturu qaldırıb bir gün ərzində hər yerə istilik verəsən. İstismar qaydalarına görə temperatur tədricən qaldırılmalıdır, həmçinin əlavə binalar qoşulduqca tənzimləmə işləri aparılmalıdır. Bu texniki proses müəyyən bir zaman tələb edir”.

Azəriqaz ” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə danışarkən bildirdi ki, təmsil etdiyi qurum ilin  bütün mövsümlərində istehlakçıları təbii qazla təmin edir, ona görə də qış mövsümünə keçid onlar üçün şərtidir: “ 2017-2018-ci ilin payız-qış mövsümündə əhalinin keyfiyyətli, dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təminatı ilə bağlı tədbirlər planı işlənib hazırlanıb. Bu plana uyğun olaraq may-oktyabr ayları ərzində 65 min 549 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilib, eləcə də yeni  qaz xətləri çəkilib. 151 ədəd siyirtmə  yenisi ilə əvəz edilib. 307  ədəd qaztənzimləyici  qurğu qaz xətləri üzərində quraşdırılıb ki, bu da istehlakçıların fasiləsiz , təhlükəsiz təbii qazdan istifadə etməsi üçündür.

Bölgələrin qazlaşması istiqamətində 2017-ci ildə də “Azəriqaz” fəaliyyətini davam  etdirir, 45 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib. Havalar soyuduqca təbii qazın verilişi də artırılıb. Yay aylarından fərqli olaraq hazırda təbii qazın sərfiyyatı 15 milyon 754 min kubmetrə çatdırılıb ki, bu da ötən günlərdən fərqli olaraq 214 min kubmetr artıqdır. Havalar bundan da artıq şaxtalı keçərsə, tələbata uyğun olaraq təbii qazın verilişi təmin ediləcək".

İ.Kərbəlayev öz növbəsində istehlakçılardan təhlükəsizlik qaydalarına əməl etməyi xahiş etdi: “Azəriqaz” İB olaraq bütün istehlakçıların nəzərinə çatdırıram ki, havalar soyuduqca təbii qazın verilişi artdıqca, bütün istehlakçılar təbii qazdan düzgün istifadə etsinlər, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər".

Azərişıq” ASC-nin  mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə təmsil etdiyi qurumun iş sistemində payız- qış, yaz- yay rejimi yoxdur: “24 saat əhalinin fasiləsiz  və dayanıqlı elektrik enerjisi ilə təminatına çalışırıq. Son 10 ildə paylayıcı şəbəkədə apardığımız yenidənqurma işləri onu deməyə  əsas verir ki, nə qədər sərt qış olsa da, əhalini elektrik enerjisi ilə təmin etməyə tam hazırıq. Heç bir ərazidə problem gözlənilmir. Harada problem varsa, öncəki illərdə aradan qaldırılıb.  Təbii ki, təbiətin şıltaqlığına da hazırıq. Hər hansı yerdə qəza baş verərsə, onun dərhal aradan qaldırılması üçün  maşın  mexanizmləri, yanacaq, lazımi materiallar  tədarük olunub. Xüsusən dağlıq rayonlarda, ucqarlarda bu cür qəzaların qarşısının alınmasına hazırlıq görülüb. ”199" çağrı  mərkəzimiz də daim aktivdir,  ölkə üzrə hər hansı abonentin problemi yaşayarsa,  əməkdaşlarımız səfərbər olub operativ qaydada həmin problemi aradan  qaldıracaqlar".

T.Mustafayev onu da bildirdi ki, qış mövsümündə elektrik enerjisinə tələbat artır: “Bu bəzi mənzillərin elektrik enerjisi hesabına  qızdırılmasının nəticəsində baş verir. Havalar soyuyanda tələbat artır. Nə qədər tələbat varsa, 24 saat ərzində ödənilir”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar