Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə ərazisinə yenidən soyuq dalğa keçəcək


Azərbaycanda sentyabrın 20-də qısa müddət davam edən mülayim hava şəraitindən və temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksəlməsindən sonra sentyabrın 21-dən ölkə ərazisindən yenidən soyuq dalğa keçəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə açıqlamasında deyib ki, sentyabrın 20-də günorta saatlarında mülayim hava şəraiti müşahidə ediləcək. Sentyabrın 20-də ölkədə havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə yüksələcək. Bakıda günorta saatlarında 26-28 dərəcə isti proqnozlaşdırılır. U.Tağıyeva deyib ki, sentyabrın 20-dən 21-nə keçən gecə ölkə ərazisindən növbəti soyuq dalğanın keçəcəyi, paytaxtda şimal küləyinin sürətinin yenidən bir qədər artacağı gözlənilir. Sentyabrın III ongünlüyünün ilk günlərində - ayın 21 və 22-də hava yenidən yağıntılı olacaq.

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin sürətinin artması ilə əlaqədar temperatur enəcək və günorta saatlarında 20-24 dərəcə olacaq.

Qeyd edək ki, sentyabrın 17-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Həmin gündən başlayaraq, ölkə ərazisində güclü küləklər əsir, yağıntılar yağır, bəzi yerlərdə intensiv leysan xarakterli yağışlar yağır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar