Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə ərazisində 17 dərəcə şaxta olub - Faktiki hava


Fevralın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3- 35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Maştağada 9, Zabratda 5, Qumyataqda 3, Ələt, Sumqayıtda 2, Pirallahıda 1, Binədə 0.4, Lənkəran-Astara zonasında: Rvarudda 91, Lerikdə 70, Kəlvəzdə 36, Yardımlıda 33, Lənkəranda 25, Göytəpədə 23, Astarada 20, Kiçik Qafqazda: Göygöldə 18, Daşkəsəndə 15, Gədəbəydə 7, Böyük Qafqazda: Sarıbaşda (Qax) 59, Altıağacda 40, Kişçayda (Şəki) 28, Xaltan, Qusar, Qəbələdə 25, Qubada 22, Şamaxıda 20, Şabran, Qırız, İsmayıllıda 19, Şəkidə 16, Xaçmaz, Oğuzda 10, Mərəzədə 6, Xınalıqda 5, Naxçıvan MR-da: Ağdərədə 63, Şahbuzda 37, Naxçıvanda 31, Şərurda 20, Ordubadda 2, Mərkəzi-Aran rayonlarında: Ağsuda 15, Bərdədə 13, Göyçay, Yevlaxda 9, Beyləqanda 8, Qazıməmməd, Zərdab, İmişlidə 6, Biləsuvarda 4, Neftçalada 3, Salyanda 1, Kürdəmirdə 0.8, Qazax-Gəncə zonasında: Tərtərdə 15, Ağdamda 6, Gəncədə 5, Ağstafada 3, Tovuz, Naftalanda 2, Şəmkirdə 1 sm olub.
 
Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar