Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxlar hökumətə savaş açıb


Gözlənilirdi ki, ölkə başçısı İlham Əliyevin oliqarxlara barmaq silkələməsindən sonra süni qiymət artımı və qıtlıq aradan qalxacaq


Lakin bunun əksi baş verdi.

“Azadlıq” dünən yazmışdı ki, ölkə başçısının çıxışından sonra aparılan araşdırmalar zamanı Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən topdansatış məntəqələrindən mal götürməyin mümkün olmadığı bəlli olub. Topdansatış məntəqələri idxal məhsullarını, xüsusilə meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarını satmaqdan imtina edir. Alıcılar manatın ucuzlaşmasından sonra belə vəziyyətin yarandığını deyir.

Artıq baş verənlərlə bağlı tədbirlər görülməyə başlanıb. İqtisadiyyat və Sənaye Nazirliyindən  verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Bundan başqa Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Vest Produkt Marketinq” MMC barədə iş qaldırıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, adıçəkilən qurum antiinhisar qanunvericiliyini pozub.
Monitorinqlər zamanı onun istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətini süni artırdığı, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulları dövriyyədən çıxarması müəyyən edilib.

İstehlak bazarına nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.
Lakin bu tədbirlərin nəticəsi yoxdur. Hakimiyyətdəki oliqarxların nəzarətində olan topdansatış məntəqələri və şirkətlər süni qıtlıq yaratmaqda davam edir. Elə dünən məlumat almışıq ki, “Ozon” şirkəti 4 gündür ticarət obyektlərinə xaricdən gələn idxal mallarını buraxmır. Sahibkarlar deyir ki, şirkət bu addımının səbəbini izah etmir. Görünən odur ki, oliqarxlar nə hədə-qorxudan, nə də görülən tədbirlərdən çəkinir. Onlar qiymət artımı yaratmaqda israrlıdırlar. Bu artıq hökumətə savaş elan etməkdir. Prosesin qarşısını almaq üçün daha sərt tədbir görülməlidir (azadliq.info).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar