Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx Məmişov Kərimova görə hiddətləndi


Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, oliqarx Vaqif Məmişov Fransada həbs olunan həmkarı- rusiyalı milyarder-oliqarx Süleyman Kərimovun müdafiəsinə qalxıb


Virtualaz.org xəbər verir ki, Məmişov rəsmi “Peterburqskiy dnevnik” qəzetinə müsahibəsində Fransa polisinin Kərimovu cinayətkar kimi həbs edib əllərini qandallamaqla və iki gün təcridxanada saxlamaqla onun hüquqlarını pozduğunu deyib.

Məmişovun müsahibəsi əslində 10 dekabr beynəlxalq insan haqları Gününə həsr edilmişdi. Lakin azərbaycanlı milyarder beynəlxalq insan haqlarını təkcə Kərimovun hüquqları üzərində qurub, onun diplomatik immunitetə malik olduğu halda həbs edilməsinin qanunsuz olduğunu bildirib.

“Kərimovun diplomatik pasportu var, o, immunitetə malikdir və başqa ölkənin ərazisində saxlanıla bilməz. Lakin bütün bunlara baxmayaraq onu Nittsa aerportunda cinayətkar kimi saxlayıblar, iki gecə həbsxanada saxlanılıb, nəzarət altında”-azərbaycanlı milyarder hiddətlənib.

Vaqif Məmişov deyib ki, əgər müstəntiqlərin Kərimova sualları var idisə onu mədəni şəkildə istintaqa çağırmaq olardı. “Bəyəm müstəntiq onu təkcə dindirmək istəmirdi? Doğrudanmı senator özü müstəntiqin yanına gedə bilməzdi? Yaxud o elə sosial təhlükəli adamdır ki, həbsə atmaq və cəmiyyətdən təcrid etmək lazımdır?”-Məmişov bildirib.

Azərbaycanlı oliqarx əlavə edib ki, Süleyman Kərimovun müdafiəsi ilə bağlı Fransa prezidentinə məktub göndərib.

Dağıstanlı oliqarx Süleyman Kərimov bir neçə həftə əvvəl şəxsi təyyarəsində Nittsa aerportuna enərkən saxlanılıb. Ona qarşı 450 milyon avro vergidən yayınma və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. İttihama əsasən Kərimov çemodanlarla nəğd pulları Fransaya daşıyıb, yaxud offşor şirkətlər üzərindən ötürüb və bu pulları Lacivərdi sahillərdə bir neçə malikanə almağa sərf edib. Bu zaman mülklərin alış qiymətlərini dəfələrlə aşağı göstərərək 450 milyon avro vergi gizlədib.

Süleyman Kərimov Federasiya Şurasının üzvü olsa da həmin səfər zamanı diplomatik pasportu üzərində olmayıb, habelə Fransa tərəfi bildirib ki, Kərimov şəxsi məqsədlə Nittsaya gəldiyi üçün diplomatik immunitetə malik deyildi. Onun barəsində həbs qərarı daha sonra 45 milyon avro girov əvəzində ev dustaqlığı ilə əvəzlənib. Kərimovun Fransada həbsi Rusiya oliqarxlarını ciddi təşvişə salıb. Çünki onların əksəriyyətinin Avropa ölkələrində mülkləri, aktivləri var və Kərimovun aqibəti göstərir ki, Qərblə Rusiya arasında münasibətlərin gərgin olduğu bir vaxtda onların özlərinin və aktivlərinin toxunulmazlığına təminat yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar