rezonans

Xəbər xətti

24 İYUN

21:55 Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik etdi

21:40 "Hər hansı bir əngəlləmə müşahidə olunmayıb"

21:33 Lukaşenko: “Belarus müstəqilliyini itirə bilər“

21:25 DÇ-2018: Seneqal Yaponiya ilə heç-heçə edib

21:20 Türkiyədə prezident seçkilərində səslərin 65 faizi sayılıb, Ərdoğan liderdir-Yenilənib

21:12 Şəkidə zəlzələ olub

20:40 10 günlük eşq bitdi

20:33 Rusiya Dövlət Dumasının sədri İlham Əliyevlə danışıqlarda

19:42 ““Anadolu“ya inanmayın, qutuların başında qalın, əsla qorxmayın"

19:12 "Azərbaycan və Rusiya arasında konstruktiv münasibətlər mövcuddur"

19:05 İngiltərə yığması Panamanı darmadağın etdi, 1/8 finala çıxdı –Dünya Çempionatı

18:55 Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı

18:40 Avropa mətbuatında rus futbolçularla bağlı şübhəli dopinq eyhamı vuruldu

18:25 Türkiyədə səsvermə bitdi, bütün məntəqələr bağlandı –Kim qalib gələcək?

18:20 Türkiyədə seçkidə qan töküldü:Akşenerin silahdaşı və iki vətəndaş öldürüldü

18:05 Hövsanda iki minik maşını toqquşdu

17:55 Almaniya İsveç azarkeşlərindən üzr istədi

17:50 Rusiya Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib

17:25 Əbülfəz Elçibəy Kələkidə anıldı

17:20 “Türk Ulduzları” artıq Bakıda

17:12 Şəkidən Zaqatalaya gəzintiyə gedən şagirdlərdən biri yıxılaraq ağır xəsarət alıb

16:55 PKK bütün əməliyyatları 24 saatlığına dondurdu

16:40 “Kim bilir, Serj Sərkisyan bəlkə…” - Paşinyanın müşaviri

16:40 Nəsrin Cavadzadə o günü həyəcanla gözləyir

16:25 Rusiya və ABŞ prezidentləri Vyanada görüşəcək –Tarix açıqlandı

16:13 “Seçkilərdən sonra Türkiyə daha da güclənəcək”

16:09 Türkiyədə seçkilərə müdaxilə –ATƏT-in adı ilə seçkini izləyən 10 əcnəbi saxlanıldı

16:05 Qazaxda iki gün əvvəl ağır yaralanan sürücü xəstəxanada keçinib

15:37 Rusiya Makedoniyanı hədələdi

15:32 Almaniyada bina çökdü: 25 yaralı

15:26 Bakı-Qazax magistralında qəza: 2 yaralı

15:20 Sabahın hava proqnozu

15:14 Prezident Yavər Camalovun vəfatı ilə bağlı nekroloq imzaladı

15:09 Kadırov Salaha hədiyyə verib

15:01 Ruhani haqda yazılmış kitab səs-küy yaratdı

14:52 Muharrem İnce və Meral Akşener səs verdilər

14:41 AZƏRBAYCAN ORDUSU – 100: MN-in hazırladığı Videosüjet

14:33 Deputatlar Türkiyədəki seçkilərdən danışdı

14:28 Messiyə görə intihar etdi

14:20 Livan nəşri: Azərbaycan yeni İsrail raketləri ala bilər

14:12 Əziz İldırım Türkiyəni tərk edir

14:01 Kim Çen İn 500 türk şəhidi Ankaraya qaytarır

13:56 ABŞ-da 870 min litr neft yola dağılıb

13:49 Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

13:48 Taylandda futbol komandası mağarada itkin düşüb

13:40 Sənan Qurbanov: “Düz yoldayıq”

13:32 Xırdalanda yanğın: 3 uşaq yandı

13:10 Yavər Camalov dəfn olundu

13:02 Binəli Yıldırım: “Seçkilər demokratik bayram abu-havasında keçirilir”

12:47 BMT-nin Qarabağ qətnaməsi: Lavrovu narahat edən nədir?

12:40 Mərkəzi və Şərqi Avropanın əhalisi kəskin azalıb

12:32 Ermənistanda hərbçi azadlıqdan məhrum edilib

12:23 Messi karyerasını bitirir

12:19 Xızı sakinindən silah-sursat və narkotik götürülüb

12:14 Makron: “Bu ölkələrə sanksiya tətbiq edilsin”

12:10 Salyanda yanğın: on baş inək tələf oldu

12:06 Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

12:01 Paşinyan İrana niyə gedir?

11:55 Lukaşenko: “Müstəqilliyimiz itəcək”

11:50 Məhərrəm İncə səs verdi

11:46 Belarus müstəqilliyini itirə bilər

11:42 DÇ-2018: Bu gün II turun son 3 oyunu keçiriləcək

11:39 Kürdəmirdə yaşlı kişini maşın vurub

11:35 Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir?

11:31 Suriyada İran generalı həlak olub

11:27 İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

11:24 Trampdan Kim Çenlə bağlı açıqlama

11:20 Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

11:16 Qurban Qurbanov: “Futbolçulardan razı qaldım”

11:11 Səudiyyədə qadınların sürücülüyünə icazə verildi

11:07 Maykl Ceksonun atası xərçəngdir

11:02 Aksiyada partlayış: 156 yaralı

11:00 Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəkmi?

10:58 “Neftçi” heyətinə daha bir xorvatı qatdı

10:54 Trampın mətbuat katibi restorandan qovulub

10:50 Mərkəzi Bank 350 milyon manat cəlb edir

10:46 Ankarada 11 PKK üzvü saxlanıldı

10:42 İki gün əvvəl ağır yaralanan sürücü öldü

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib



ƏDƏBİYYAT

...

Öləndən sonra “dirilən” yazıçı

Tarix 14.06.18, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Portuqaliya yazıçısı Fernando Pesoanın (1888-1935) doğum günü idi


 Kulis.Az bu münasibətlə Mətləb Ağanın “Öləndən sonra “dirilən” yazıçı və ya “Anarxist bankir” barədə qeydlər...” yazısını təqdim edir.

Yaradıcılığı boyunca çoxsaylı heteronimlərdən (qədim yunanca –“başqa ad”) istifadə etmiş  portuqal və ingilis dilli (həmçinin, fransızca da yazırdı) şair, yazıçı, dramaturq, tərcüməçi və esseist Fernando Pessoa (tam adı - Fernando Antonio Noqeyra Pessoa) Portuqaliya modernist cərəyanının öncüllərindən və XX əsr dünya ədəbiyyatının açar adlarından sayılır. 1935-ci ildə, 47 yaşında qaraciyər xərçəngindən ölənədək Pessoanı çox az tanıyırdılar. Bu dövrdə onun cəmi dörd kitabı dərc edilmişdi, üçü ingiliscə, biri isə portuqalca - “Mensagem” (“Məktub”).

Vəfatından sonra “sandığından” çıxan əsərlər küll halında 1942-ci ildən çap olunmağa başlayıb ümumilikdə 26 cildə çatdı.

Haqqında danışacağım ”Anarxist bankir”” müəllifinin sağlığında, 1922-ci ildə “Contemporanea” (“Müasirlik”) jurnalında yeganə dərc edilən povestidir.

“Hər şey insanlıq üçün, lakin millət əleyhinə heç bir şey” yazan millətçi, antikommunist və antisosialist Pessoanın bu povesti sevmədiyi burjuaziyanı həcv, eyni zamanda, insanı özgələşməyə sürükləyən, mütləq şərə tabe edən, azadlığını əlindən alan sistemə ironik üsyandır.

Əsər iki dostun yeməklərinin ardından apardıqları söhbət-dialoq formasında qurulmuşdur, belə ki, bu iki qəhrəmandan biri bankirliyin dünyada reallaşdırıla biləcək tək anarxist hərəkət olması fikrini önə sürüb qızğınlıqla müdafiə etməkdədir.

Bankir dostuna öz həyat hekayəsini danışır, iddia edir ki, o, nəzəri və praktik cəhətdən digər anarxistlərdən daha çox anarxistdir, məsələn, ortalıqda bombayla dolaşan o tiplərdən daha artıq öz idealına sadiqdir, o bombaçılar axmaq anarxist, o isə ağıllı anarxistdir, onlar yalnız nəzəriyyədə anarxistdir, o isə həm nəzəriyyədə, həm də əməldə anarxistdir. Bir vaxt o da bombayla gəzən, atəş açan o tiplər kimiydi, lakin həqiqi anarxizmin sayəsində bundan qurtuldu. Anarxist kimdir? - insanları, doğulduqları andan ictimai baxımdan qeyri-bərabər vəziyyətə salan ədalətsizliklə çarpışan biri! Bankir Lissabonda, fəhlə ailəsində doğulmuş, xırda bir  miras da qalmamışdı ona, nə ictimai mövqeyə malikdi, nə də  tərbiyə ala biləcəyi şərait və şərtlərə. Sahib olduğu iki şey vardı - parlaq zəka və yenilməz iradə. Fəhlə  sinfindən olan bütün insanlar kimi işləyirdi, lakin onlar kimi çox yox, bacardıqca az işləyir, hədsiz oxuyur, çoxlu mübahisələr edirdi...

Kimsə zəngin doğulub hamıdan sevgi və hörmət görür, başqa birisə bankirtək elə bir ailədə anadan olur ki, insan kimi davranılmaq haqqına sahiblənməkdən ötrü belə, atdığı hər addıma diqqət yetirmək məcburiyyətində qalır. Nəticə etibarilə, təbiətin ədalətsizliklərindən qaçmaq mümkün deyildir, lakin  cəmiyyətdən, ictimai mövqedən qaynaqlanan ədalətsizlikdən qaça bilərik. Bir insanın istedad, güc, enerji kimi bacarıqlara malik olmasını məcburən də olsa qəbul etməliyik, çünki ayrı yolumuz yoxdur, lakin  birinin anasının qarnından çıxarkən xoşbəxt bir təsadüfdən onun üçün göydən zənbillə düşən mal-dövlət, ictimai üstünlük, rahat həyat kimi sonradan yiyələndiyi xüsusiyyətlərlə bizdən  artıqlığını qəbul edə bilmərik.

Bankir söhbətinə davam edib deyir ki, anarxist hamı üçün azadlıq arzulayır. Bu azadlığa mövcud ictimai təsisatları, quruluşları ortadan qaldırmaqla nail oluna bilər. Əlbəttə, təbiət qarşısında bütün insanlar bərabər deyildir, böyüklər və kiçiklər, güclülər və zəiflər, ağıllılar və daha az ağıllılar vardır. Beləliklə, kimlərsə öz aralarında bərabər ola bilər, buna əngəl törədənsə dediyimiz kimi, ictimai təsisatlardır. Lakin ictimai təsisatların məhvi azadlığın yolunu açacağı kimi, yeni  ictimai quruluşların yaranmasına da gətirər ki, bunlar da ən azından əvvəlkilər tək zərər verər. Buna görə də, bu nöqtədə təmkinli olmalı, elə etməliyik ki, istər şiddətə əsaslansın, istər şiddətsiz həyata keçirilsin, ictimai quruluşların yox edilməsi  gələcəkdəki azadlığımıza kölgə salmasın...

Amma bankir təəssüflənir ki, təkbaşına onun əlindən heç nə gəlməzdi. Təklikdə nəinki dünyada, hətta yaşadığı ölkədə belə dünya inqilabı eləyə bilməzdi... Bacaracağı tək şey, bu inqilabı yetişdirmək üçün durmadan çalışmaqdı.

Gələcək bankir, yoldaşlarıyla danışıb hamının bu məsələdə fikir həmrəyliyinə nail oldu. Birlikdə azad cəmiyyət, möhtəşəm ictimai dəyişiklik üçün mübarizə aparacaqdılar, əməllərinin  haqlı və ya haqsız olduğunusa gələcək qiymətləndirəcəkdi. Dərhal bir təşkilat qurub imkanları daxilində təbliğata başladılar.

Lakin qəhrəmanımız bir neçə ay keçdikdən sonra yeni bir problemlə üzləşdi; təşkilat daxilində zorakılıq meyllərinin doğduğunu hiss elədi, belə ki, aralarından  biriləri digərlərinə əmrlər verməyə və  istədiklərini gerçəkləşdirməyə başladılar,   o birilərini öz arzularına tabe edib öz fikirlərini  həyata keçirirdilər... Əlbəttə, etdikləri  əhəmiyyətli şeylər deyildi, çünki ortada mühüm bir şey də yoxdu. Amma problem ondaydı ki, bu vəziyyət hər gün təkrarlanırdı, həm də onların ümumi işiylə bağlı olmayan, hətta gündəlik həyatlarındakı kiçik şeylərə belə təsirsiz ötüşmürdü. Kimiləri nəzərə çarpdırmadan rəhbərliyə can atır, digərlərisə itaət etməyə yönlənirdi...

O halda zəif halqaları  nəydi? İstifadə etdikləri üsullarmı? Çox mümkündü...

İndi də bu olanların nə məna verdiyinə  baxaq; səmimi və təhsilli insanlardan azadlıq yolunda çalışmaq məqsədiylə yaradılmış bir qrup aylar sonra özü zorakılığa səbəb oldu. Bu, ictimai təsisatlardan qaynaqlanan bir zorakılıq deyildi, yəni bu zorakılıq, müqayisə edildiyində yeni bir zorakılıq növü deməkdi. Bardağı daşdıran son damla idi bu. Azad gələcək üçün vuruşanların əldə etdikləri yeganə nəticə, yeni zorakılıq növü düzüb-qoşmaq olmuşdu, daha da pisi, əzilənlər bunu özləri bir-biriləri üzərində həyata keçirmişdilər.

Onlar arasındakı bu zorakılıq təbii xüsusiyyətlərin - hər kəsin doğuşdan sahib olduğu zəkanın, xəyal gücünün, iradənin məhsuluydumu? Bankir zehni mənada fikirləşirdi, əlbəttə,  çünki fiziki üstünlüklərin burada məsələyə heç bir dəxli  yoxdu.

Deməli, ictimai quruluşlardan asılı olmayan səbəbdən bir başqasına hökm etmək zərurətdən  doğur, çünki hökm edən təbii zehni xüsusiyyətlər bir cəhətdən digərindən üstündür. Amma burada yeni bir sual yaranır: öz təbii üstünlüklərindən bu cür istifadə qanunidirmi, yəni təbiidirmi? Sözsüz ki, qanunidir, ancaq yalnız müəyyən bir situasiyada; qarşımızdakı bizim düşmənimizdirsə...

Bir anarxistin düşmənisə təbii ki, ictimai təsisatlar,  zorakılığın hər hansı bir təmsilçisidir. Çünki digərləri onun kimi insan və yoldaşlarıdır. Aydın olurdu ki, bankir və silahdaşlarının öz aralarındakı zorakılıq ayrı növdəndi, həm də eyni idealı bölüşdükləri yoldaşları üzərində tətbiq edilirdi. Sonuc bu idi ki, nə ictimai quruluşlardan, nə də təbii xüsusiyyətlərdən qaynaqlanan bu təzə zorakılıq təbii xüsusiyyətlərin yanlış istifadəsindən yaranmışdı. Bəs bu yanlış istifadə nədən törəyirdi?

Bunun ancaq iki səbəbi ola bilərdi: ya insan anadangəlmə pisdir  və buna görə də təbiətən pisliyə meyllidir, ya da bu yanlış istiqamətlənmə insanların zorakılıq emal edən bir sistemə uzun müddət alışmalarının yekunudur...

Bankir, xeyli düşünüb daşındıqdan sonra ikinci fərziyyəni qəbul elədi. Doğrudan da, insanların ictimai təsisatlara davamlı  alışqanlığı onların təbii xüsusiyyətlərini pozur, birini  özlüyündən digəri üzərində zorakılığa yönəldir, hətta bu şərtlərə ən az uyğun gələnlərin də bu cür davranmalarını fərz eləyə bilərik.

Beləliklə, ictimai təsisatlarla  döyüşməyi,  azadlıq uğrunda  vuruşmağı arzulayan, dünyanın ən xoş niyyətli insanlarının yaratdığı bir qrup belə birlikdə çalışmağa başladığında, cəmiyyətin indiki halında  ictimai təsisatların zorakılığına yeni bir zorakılıq əlavə eləməkdən yan keçə bilmədi, bu zaman, onların reallaşdırmaq istədikləri planı istəməyərəkdən, amma var gücləriylə korlamaları da imkansızdır. Bu vəziyyətdə nə etməliyik? Çox sadə bir şey! Vahid hədəfə çatmaqdan ötrü ayrı-ayrılıqda çalışmalıyıq! Ayrı-ayrılıqda təzə zorakılıqlar törətməyimiz qətiyyən mümkün deyildir, çünki onda kimsə digəri üzərində təsirə malik olmayıb onun azadlığını əlindən ala bilməz...

Eyni zamanda, əgər ayrı-ayrılıqda, amma bir anarxist hədəf üçün çalışsalar bunun iki faydası olar; vahidliyin gücü (çünki əxlaqi cəhətdən, mənən bir yerdədirlər) və hər növdən olan zorakılıqların yoxluğu.

Bankir boynuna aldı ki, həmin vaxt həyatındakı nadir axmaqlıqlarından birini eləyib bu kəşfini dərhal yoldaşlarına anlatdı, lakin hamısı bir nəfər kimi onun ağzının payını verdi və beləliklə, bankir qərara gəldi ki, məqsədini özü tək həyata keçirsin, odur ki, yoldaşlarının yanından çıxıb getməyi üstün tutdu; o, bu yolu tək başına gedəcəkdi, öz imkanlarından və idealından savayı köməkçisi, hətta keçmişdə yoldaşları olmuş insanların mənəvi dəstəyi belə olmadan...

O, öz planını reallaşdırmaq üçün iki üsuldan birini seçməliydi, əlbəttə, əgər ikisindən də birlikdə istifadə etməyəcəkdisə. Birincisi, təbliğat yolu, ikincisisə hansı üsulla olursa-olsun doğrudan-doğruya mübarizədi. Təbliğat heç nəyə yaramayacaqdı, çünki bu üsul onun öz anarxist qabiliyyətinin tam inikasına maneçilik törədəcək və beləcə, heç bir nəzərəçarpacaq uğur  qazana  bilməyəcəkdi.

Bəs, qəhrəmanımız ictimai quruluşlarla necə savaşa bilərdi? İctimai təsisatları təkbaşına və ya mövcud şərait və şərtlərdə yox etmək imkansızdı, yalnız ictimai çevriliş onları sıradan çıxarardı. Bu zaman onun bacaracağı yeganə şey, zorakılığı təmsil edən bir və ya iki adamı öldürmək ola bilərdi, lakin onda da nə nəticə alınardı? İctimai təsisatlar sarsılardımı? Əsla yox! İctimai quruluşların ən pis cəhəti - onlar özləridir, fərdlər deyildir. İctimai nizama hücum daim yeni zorakılığa yol açır, çox zaman vəziyyət daha da pisləşir. Baxın, yer üzündəki böyük sərmayəçilərin hamısını öldürün, amma sərmayə özü toxunulmaz qalsın, elə dərhal ertəsi gün sərmayə başqa əllərə keçib təzə mal-mülk ağaları vasitəsiylə zorakılığını sürdürəcəkdir... İndisə düşünək ki, böyük sərmayə yiyələrini deyil, sərmayənin özünü məhv edirik,  səhəri gün bir sərmayə sahibi mövcud olacaqmı?! Qətiyyən!

Odur ki, bankir “bu ictimai təsisatların ən əsası, ən mühümü hansıdır” deyə xeyli düşündü, gücsüzləşdirəcəyi, boyun əydirəcəyi də məhz bu olmalıydı. Bankir qərar verdi ki, dövrümüzdə bu təsisatlardan ən vacibi puldur. Pulun zorakılığındansa necə qurtara bilərdi? Burada ən bəsit həll variantı pulun təsir sahəsindən, sivilizasiyadan kənarlaşmaq, çöllüyə çəkilmək, heyvan tək yaşamaq, bir sözlə, savaşı uduzmaqdı. O isə pulun zorakılığından, təsirindən qurtarmaq üçün pulun ağası olmalıydı - bunun açarısa  pulun təsirini duymamağa yetəcək məbləğdə pul toplamaqdan ibarətdir! Nə qədər çox pulu olsa, pul ona daha az təsir edəcəkdi...

Beləliklə, qəhrəmanımız bankir oldu, pulun ağasına dönüb azadlıq qazandı. Bu, onun azadlığıydı. Vacib olan da bu idi; yeni zorakılıqlar yaratmamaq və ya hazırda ümumiyyətlə zorakılığın olmadığı yerdə heç bir zorakılıq yaratmamaq...

O, kimi azad etməyi bacarardısa, onu da azad etdi, özünü! O, özü üçün bunu bacardı, həm özü qarşısındakı borcunu, həm də azadlığa olan borcunu ödədi!

Düzdür, sonda bankirin bu əhvalatını dostu gülüşlə qarşıladı, ancaq yəqin ki, bu qəhqəhələrin öz azadlığını qazanmağı bacarmış bir bankir üçün heç bir əhəmiyyəti yoxdu...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Deputatlar Türkiyədəki seçkilərdən danışdı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru